» » "AİİYM" layihə çərçivəsində tədbir həyata keçirib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

"AİİYM" layihə çərçivəsində tədbir həyata keçirib.

Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2022–ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Regionlarda müharibədən zərər cəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və bu sahədə maarifləndirmə işinin təşkili” adlı layihəsini həyata keçirir. Layihənin mahiyyəti regionlarda müharibədən zərər cəkmiş şəxslərə səyyar şəkildə psixoloji və sosial xidmət üzrə dəstək göstərilməsindən, sosial xidmət və sosial iş sahəsində həmin şəxslərlə işləyənlərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.  Layihə çərçivəsində artıq regionlarda (Mingəçevir şəhərində və Tovuz rayonunda) müharibədən zərər cəkmiş şəxslərə müxtəlif testlər, metodlar və terapiyalar (MDR terapiyası, itki psixologiyası, psixi sağlamığın bərpası üzrə qrup terapiyası, keçmiş yaddaşın emosional çalarının məntiqi çalara bağlanması, hisslər üzərindən qrup terapiyası, keçmiş yaşantıların boşaldılması, keçmiş gərginliyin aradan qaldırılması, yaşadıqların danışılması və yazılması fərdi terapiyası, hər hansısa hala uyğun sualların verilməsi və cavabların təhlili terapiyası, həyacanın tənzimlənmə terapiyası) vasitəsi ilə psixoloji reabilitasiya xidməti təşkil edilmişdir. Layihə ilə bağlı olaraq 23.09.2022-cı il tarixində Tovuz rayonunda sosial xidmət və sosial iş sahəsində müharibədən zərər cəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə AİİYM İB-nin sədri Ülvi Əliyev layihəsinin mahiyyəti və icra vəziyyəti barədə, lahiyənin hüquqşünası, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev sosial xidmətin hüquqi əsasları, layihənin psixoloqu Nigar Rüstəmova isə benefisarların müraciətləri və həmin mürəciətlər əsasında görülən işlərin mahiyyəti, müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi (hər bir benifisar üçün anketlərin tərtib edilməsi) və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi prosesi barədə məlumat vermişdir. Tədbirdə sosial xidmət anlayışı, əlilliyi olan və müharibədən zərər görmüş şəxslərlə iş metodologiyası, bu sahədə qanunvericilik və s. məsələlər geniş şəkildə müzakirə edilmişdir.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor