» » QHT “Ödənişsiz hüquqi yardım” günləri təşkil etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT “Ödənişsiz hüquqi yardım” günləri təşkil etdi

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirməyə başlayıb.
 Layihənin əsas  məqsədi əhalinin aztəminatlı və sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.
 Layihə çərcivəsində  aşağıdakı işlər həyata keçiriləcək: sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi; sosial qanunvericiliyə dair maarifləndirici bukletin və  sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması, Bakı və Mingəçevir şəhərlərində, Tovuz, Bərdə,  və Füzuli rayonlarında “Ödənişsiz hüquqi yardım günü”nün təşkil edilməsi nəzərdə tutulmuşdur. 
Bununla bağlı olaraq 23 sentyabr 2022-cı il Tovuz rayonunda, 24 sentyabr 2022-cı il tarixlərində isə  Mingəçevir şəhərində “Ödənişsiz hüquqi yardım” günləri təşkil edilmişdir.   Tədbirlərdə ilk öncə “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilmişdir.
 “Ödənişsiz hüquqi yardım” günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev, sosial işçi Ülvi Əliyev və layihənin hüquqşünasları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılmış və müvafiq orqanlara yönəldilmişdir. 
Əhalinin müraciətləri əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və s. ilə bağlı olmuşdur.  Müraciətlərə müvafiq olaraq iddia ərizələri yazılmış, hüquqi məsləhətlər verilmiş və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilmişdir. 
SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir və əhaliyə sosial hüquqlarının  müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət etməyi xahiş edir.
Müraciət etmək istəyənlər lahiyə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər (055 612 85 45, E-mail: aliyev_ulvi_89@mail.ru).
Təşkilat haqqında
“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 iyun 2012-ci il tarixli qərarı ilə dövlət qeydiyyatına alınmışdı.
 Təşkilatın  əsas amalı və hədəfi dövlətin sosial layihələrinin həyata keçirilməsində fəal iştirak etmək, vətəndaşların sosial hüquqlarının müdafiəsi işinə dəstək olmaq və bununla da Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasına əməli köməklik göstərməkdir. 
SHAİB Azərbaycan Respublikası milli Qeyri Hökümət Təşkilatları Formunun, Əlil Təşkilatları İttifaqının, Uşaq Hüquqları üzrə QHT Alyansının üzvüdür. 



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor