» » Gənclər dini və etnik toqquşmaların Azərbaycana gətirilməsinə imkan verməməlidir

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gənclər dini və etnik toqquşmaların Azərbaycana gətirilməsinə imkan verməməlidir

"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində ilk tədbirini keçirib.
Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi tədbirlərdən, Agentliyin dəstəyi ilə gerçəkləşdirilən layihələrdən danışıb. O, bu layihə çərçivəsində görüləcək işlər zamanı multikulturalizm, onun Azərbaycan modeli, ölkəmizdəki etnik-dini durum barədə maarifləndirici çalışmalar həyata keçiriləcəyini söyləyib. M.Göyüşlü Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsi haqqında fikirlərini bölüşüb. M.Göyüşlü Azərbaycanın multikultural dəyərlərinin ölkə daxilində və xaricində daha da geniş şəkildə təbliğ edilməsinin vacib olduğunu qeyd edib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasındakı rolu haqqında ətraflı danışıb. O, bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır. M.Cəbrayılov multikulturalizmin artıq azərbaycanlıların həyat tərzi, gündəlik yaşam forması olduğunu qeyd edib. Alim öz çıxışında ölkəmizdəki dini, etnik harmoniyadan, fərqli dinə və etnik qrupa məxsus olan insanların bir-birinə hörmətlə yanaşmasından danışıb. O, bir sıra xarici ölkələrin dini və etnik məsələlərdə problemlər yaşadığını, toqquşmaların, iğtişaşların, vətəndaş qarşıdurmasının baş verdiyini söyləyib. M.Cəbrayılov gəncləri həmin acı praktikanın, gərgin məqamların Azərbaycana gətirilməsinə imkan verməməyə çağırıb.
Sonda Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Qüdrət Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri Aqşin DərvişovCəlal Əliyev də fikirlərini bölüşüblər, suallar ünvanlayıblar. Tədbirdə səslənən önəmli təklif və tövsiyyələr qeyd edilib və aidiyyatı qurumlara çatdırılması qərarlaşdırılıb.
Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor