» » BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİ, "DAYAQ" MİRİİB, GƏNCLƏRƏ DƏSTƏK təşkilatları Şəhid ailələri ilə görüşdülər

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİ, "DAYAQ" MİRİİB, GƏNCLƏRƏ DƏSTƏK təşkilatları Şəhid ailələri ilə görüşdülər

Benilüks Azərbaycanlıları Konqresi “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyi,  və “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, "Konar İnşaat", “İydə Parfumery" şirkətlərinin sosial tərəfdaşlığı ilə 44 günlük vətən müharibəsinin ildönümünə həsr edilmiş Şəhid ailələri, Vətən Müharibəsi Əlilləri və veteranları ilə mənəvi dəstək yönümlü görüş keçirildi. 


 Görüşdə millət vəkilləri Elman Nəsirov, Razı Nurullayev, Vüqar İsgəndərov, Aydın Mirzəzadə,Aydın Hüseynov,Müşfiq  Məmmədli “Dayaq” Təşkilatın sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri  Zamin  Zeynal, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV-lər çıxışlarla 
iştirak etdilər. 


Çıxış edənlər "Erməni" qəsbkarlarının 1900-cı ilin əvvələrində xüsusi qəddarlıqla işğal etdikləri  Qarabağ torpaqlarının  27 sentyabr 2020-ci il tarixdə başlanılan əks hücüm əməliyatları nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi, fədakar Azərbaycan ordusunun  rəşadəti ilə 44 gün davam edən vətən müharibəsi dövründə qəhrəman Vətən övladları işğalçı "Ermənistan" ordusunu süquta uğradaraq xalqımızın 30 illik torpaq həstərinə son qoydular. Bu gün qürurla deyə bilərik ki, millətimizə bəxş edilən bu zəfərdə Vətən uğrunda qəhrəmancasına döyüşərək Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərimizin adları  ehtiramla anılmalı, əziz xatirələri qürurla yeni nəslə təbliğ edilməlidir. 


Tədbirdə, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev çıxış edərək, qeyd etdi ki, bu tədbirin gerçəkləşməsində Benilüks Azərbaycanlıları Konqresi sədri, ölkəmizdən kənarda yaşamasına baxmayaraq daima qəlbi vətənlə döyünən vətənpərvər Elsəvər Məmmədovun diqqət və dəstəyini xüsusi olaraq qeyd edilməlidir. Birlik sədri xalqımza qələbə zəfərini bəxş etmiş, düşmən istilasına son qoymuş,adları hərb tariximizə qızıl hərflərlə həkk edilmiş Şəhid ailələrinə, Qazilərə, Müharibə iştirakçılarına 
 diqqət və qayğı,mənəvi dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu gün keçirdiyimiz bu görüşdə bu diqqətin bir nümunəsidir. 
 Daha sonra,  Müasir İnternet Resurslarının İnkişafi İctimai Birliyinin sədri Zamin Zeynal çıxış edərək qeyd etdi ki, Dövlət Başçısı Cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin həssas təbəqəsinə göstərdiyi diqqət və qayğısı fonunda həyata keçirilən sosial siyasətə birgə həmrəylik əzmində vətəndaş cəmiyyəti dəstəyini göstəmək məqsədi ilə Şəhid ailələri, Qazilər, müharibə iştırakçıları ilə bir araya gələrək bu cür diqqət və mənəvi dəstək yönümündə birgə tədbir, gerçəkləşdiriblər. 
MİRİİB sədri onu da xüsusi olaraq vurğuladı ki, Şəhid ailərinə, Qazilərə 
dərin hörmət və münasibət hər bir Azərbaycan vətəndaşının soydaşlıq borcu olmalıdır. 


Birlik rəsmiləri çıxışlarında bildirdilər ki, gələcəkdə də ölkəmizin həssas təbəqəsi ilə bağlı bu sayaq birgə  ictimai, mənəvi dəstək mahiyyətli layihə, tədbir və görüşləri davam etdiricəklər.















Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor