» » Qazilər Şuşa şəhərinə səfər etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

Qazilər Şuşa şəhərinə səfər etdi

Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin  “Qarabağ müharibəsi əlil və vetranlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə turların keçirilməsi” adlı layihəsinə əsasən Qarabağ müharibəsi iştirakçıları olan əlil veteranlarımızdan ibarət 28 nəfər, 15.10.2022 – ci il tarixdə Şuşa səfəri ilə bağlı Bakıdan yola düşdü. 
Layihənin əsas məqsədi, səfər zamanı azad olan Şuşa şəhərimizə müharibədə iştirak  edən və döyüşlər zamanı  əlil - veteran olan soydaşlarımızın sosial xidmətlərinin səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli keçirilməsindən ibarət idi
Layihə çərçivəsində səfər iki gün bir gecə olmaqla Qazilərimiz, Ali Baş Komandanımızın əmrinə və Müzəffər Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində, Şuşa şəhərinə kimi yol boyu əzəli, əbədi torpaqlarımızın azad olan rayon və şəhərlərini terrorçu, faşist, mənfur düşmənimiz ermənilər tərəfindən tanınmaz vəziyyətdə qoyduqlarını, mədəniyyətimizi, tariximizi talayaraq  xarabalığa çevirdiklərinin, 30 il öncə orda yaşayan yurddaşlarımızın dağıdılmış bütün evlərinin   şahidi oldular.
Şuşa şəhərində səfərdə olduğumuz zaman Şuşa qalasını, ətrafını, Xan bulağını, Cıdır düzünü ziyarət etdik, mədəni irsimizin nümayəndələrinin yenidən qaytarılan zədələnmiş heykəllərini gördük. Bakı-Şuşa-Bakı səfəri zamanı foto və video çəkilişləri tam olaraq qeydə alınıb.  
Şuşa şəhərinə daxil olduqdan sonra “Xarı Bülbül” otelinin rəhbərliyi tərəfindən ayrılmış otaqlarda bir gecə qalmaqla, 16.10.2022-ci il tarixdə səhər yeməyindən sonra oteli tərk edərək geriyə, Bakı şəhərinə yola çıxdıq.
Şuşa şəhərinə təşkil olunan səfər zamanı yolda nəzərdə tutulmayan, yaranmış bəzi problemlərlə bağlı Azərbaycan Respubilikasının Prezident Administrasiyasının QHT-larla iş üzrə sektor müdiri cənab Vüsal Quliyevə müraciət olundu və həmin problem  operativ olaraq dərhal həll edildi. 


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor