» » MEK tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar hədiyyə olunub

ƏSAS / ÜMUMİ / DÜNYADA

MEK tərəfindən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə kitablar hədiyyə olunub

  1. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) “Heydər Əliyev İli” çərçivəsində öz fəaliyyətini genişləndirir. Belə ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə MEK-in tədbirlər planına əsasən Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxana fonduna yeni nəşrlər hədiyyə olunub.
Bu barədə Onder.tv -a MEK-dən məlumat verilib. Bildirilib ki, hədiyyə olunan nəşrlər ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunub. Həmçinin Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini əks etdirən “Azerbaijan short history of statehood”, “Taynı Baku”, “İstoriçeskaya qeoqrafiya zapadnoqo Azerbaydjana”, “Qenosid azerbaydjantsev v İrevanskoy qubernii (1918-1920)”, “Terror: events, facts, evidence” və digərləri yer alıb.
Kitabları MEK adından Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasova təqdim edib.
Qeyd edək ki, bu silsilədən olan kitabların MEK tərəfindən digər ölkələrin kitabxanalarına da göndərilməsi nəzərdə tutulur. Eləcə də kitabxana “Heydər Əliyev İli” çərçivəsində həm ölkə daxilində, həm də xaricdə əməkdaşlıq etdiyi bütün müəssisə və təşkilatlarda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən kitab sərgisinin təşkilini planlaşdırır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor