» » Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Agentlikdə Əvəz Həsənovun xatirəsi anılıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində mərhum, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq, hüquq müdafiəçisi  Əvəz Həsənovun xatirəsinə həsr olunmuş “Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov, Əvəz Həsənovun xanımı Mehriban Məmmədova, ailə üzvləri, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə Əvəz Həsənovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib və xatirəsinə həsr olunmuş video-rolik nümayiş edilib.
Sonra çıxış edənlər Agentliyin Müşahidə Şurasının üzvləri İsrayıl İsgəndərov, Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov Əvəz Həsənovun xatirəsinə həsr olunmuş “Post müharibə dövründə Azərbaycan QHT-nin sülh quruculuğunda rolu” mövzusunda fikirlərini və onunla bağlı xatirələrini bölüşüblər. Çıxışçılar bildiriblər ki, vətəndaş hüquqlarının aliliyinə əsaslanan demokratik dövlət quruculuğunu strateji məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycan Respublikasında görüləsi əsas işlərdən biri də qeyri- hökumət təşkilatlarının (QHT) formalaşması və inkişafı üçün münbit siyasi və hüquqi şəraitin təmin olunmasıdır. Azərbaycanda III sektorun fəaliyyətini tənzimləyən kifayət qədər baza formalaşdırılıb. İctimai müzakirələr daim dəyişən dinamikaya söykəndiyindən qanunvericiliyin də daim islahatlarla müşahidə edəcəyi istisnasız bir prosesdir. O cümlədən, çıxışçılar regionda yaranmış yeni reallıqlardan bəhs ediblər, Azərbaycanın həmişə sülhə açıq olduğunu və buna töhfə verdiyini söyləyiblər. Natiqlər bildiriblər ki, əslən Kəlbəcərli olan Əvəz Həsənovun ən böyük arzusu Kəlbəcərin azad olunduğu görmək idi. Bugünki tədbirin təşkili də məhz Kəlbəcərin azad olunmasının ikinci ildönümü günündə baş tutub. 
Çıxışlardan sonra tədbir qeyri-hökumət təşkilatlarının qarşılıqlı diskussiyası şəkilində davam edib və Əvəz Həsənovla bağlı xatirələr bölüşülüb.







Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor