» » “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub

HƏRBİ

“Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılışı olub

Yanvarın 10-da Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib.
Önder.tv xəbər verir ki, bu barədə MN-dən bildirilib.
Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.
Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
HDQ-nin komandanı birinci dərəcəli kapitan Şahin Məmmədov çıxış edərək kurs iştirakçılarını buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Ş.Məmmədov hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən bu cür kursların əhəmiyyətini xüsusi vurğulayıb, kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan və qardaş Türkiyədən olan təlimatçılara təşəkkürünü bildirib.
Məzunlar adından çıxış edən miçman Şahin Rəfili kurs ərzində qazandıqları nəzəri bilikləri və praktiki vərdişləri gələcək xidmətlərində tətbiq edəcəklərinə, onlara göstərilən etimadı Vətənə, xalqa və dövlətə sədaqətləri ilə doğruldacaqlarına söz verib.
Sonra məzunlara sertifikatlar və döş nişanları təqdim olunub.











Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor