» » Azərbaycan və İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

HƏRBİ

Azərbaycan və İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

 

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
 


Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Önder.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi və "AMAN" Dialoqu çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının birinci müavini - qərargah rəisi birinci dərəcəli kapitan Teymur Mürşüdov İran İslam Respublikası HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb.
Görüşdə hər iki ölkənin regional maraqlarını özündə birləşdirən Xəzər dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə dəniz sularında birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd edilib.
Tərəflər görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.


Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor