» » Prezident QHT-lərlə bağlı fərman imzaladı

SİYASİ

Prezident QHT-lərlə bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda dəyişiklik edib.
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 156-VIQD nömrəli və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram:
“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1330; 2017, № 11, maddə 1995) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“3.3. qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;”.
2. Aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:
“3.3-1. qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməsi və bu məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;
3.3-2. qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 yanvar 2021-ci il.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor