Azərbaycan millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarında görə ikinci yeri tutub. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Önder.tv-yə verilən məlumata görə, yığma üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar. Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb. Qeyd edək ki, daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə edib.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər