Azərbaycan Taekvondo Federasiyasının Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Koreya Respublikasının Pohang şəhərinə səfər edib. Bu barədə Öndetr.tv-yə federasiyanın mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində Pohang Taekvondo Federasiyası, Pohang İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib. Görüşlərdə Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər