Rusiya Prezidenti Vladimir Putin dekabrın 19-da federal telekanallar vasitəsilə ona ünvanlanan suallara cavab verəcək.
Önder.tv-nin TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Onun sözlərinə görə, Kreml rəhbəri qarşıdakı iki günü canlı yayıma hazırlaşmağa sərf edəcək.
Qeyd edək ki, Rusiya liderinin iştirak edəcəyi “Vladimir Putin ilə İlin Yekunları” proqramı yerli vaxtla saat 12:00-da Rusiyanın altı televiziya və üç radio kanalı vasitəsilə yayımlanacaq.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər