» » Rusiya XİN: Astana və Bakıdakı səfirliklərimiz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar

DÜNYADA / ÖLKƏDƏ

Rusiya XİN: Astana və Bakıdakı səfirliklərimiz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqinə Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası ilə bağlı sözləri ilə başlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Zaxarova Bak-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin göyərtəsində Rusiya vətəndaşlarının da olduğunu söyləyib.

“Biz qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq. Rusiyanın Astana və Bakıdakı səfirlikləri, Qazaxıstanın Uralss şəhərindəki Baş konsulluğumuz Azərbaycan və Qazaxıstanın səlahiyyətli qurumları ilə sıx təmasdadırlar. Diplomatlarımız məlumatları dəqiqləşdirmək və sağ qalan həmvətənlərimizə yardım təşkil etmək üçün Aktauya ezam olunublar”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor