Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya dəvət olunub. Önder.tv xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib. "Ermənistanla dialoqumuz davam edir. Ararat Mirzoyan Rusiya Federasiyasına dəvət olunub. O dəvəti qəbul edib, onu gözləyirik. Ümid edirəm ki, səfər tezliklə baş tutacaq", - S.Lavrov bildirib.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər