» » İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib

DÜNYADA

İnterpol genişmiqyaslı əməliyyat keçirib, 20 minə yaxın heyvan müsadirə edilib

İnterpoldan genişmiqyaslı əməliyyat - 20 minə yaxın heyvan...


Vəhşi heyvanlar və meşə resurslarının qanunsuz ticarətinə qarşı qlobal mübarizə əməliyyatı zamanı nəsli kəsilmək təhlükəsi altında olan və ya qanunla qorunan 20 minə yaxın heyvan müsadirə edilib.
Önder.tv “Euronews”a istinadən xəbər verir ki, keçirilən beynəlxalq əməliyyatda 138 ölkə və regiondan polis, gömrük, sərhəd nəzarəti, meşə və təbiəti mühafizə qurumları iştirak edib.
Əməliyyatı İnterpol və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) koordinasiya edib.
Vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya ilə qorunan heyvan və bitkilərin ticarəti ilə məşğul olan altı transmilli cinayətkar şəbəkə aşkar edilib.
Ümumilikdə 365 şübhəli şəxs həbs edilib. Müsadirə olunan heyvanlar arasında 12 min 427 quş, 5 877 tısbağa, 1 731 digər sürünən heyvan, 33 primat, 18 iri pişik və 12 panqolin var.
Bu növlərin bir çoxu qida, ehtimal edilən müalicəvi fayda və ya ev heyvanları kimi xüsusi bazar tələbatını ödəmək üçün qanunsuz daşınır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor