» Göyərtəsində 356 nəfər olan təyyarə Bakıya qəza enişi edib

---

Göyərtəsində 356 nəfər olan təyyarə Bakıya qəza enişi edib

Göyərtəsində 356 nəfər olan təyyarə Bakıya qəza enişi edib


Səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunda "Qantas Airways" aviaşirkətinə məxsus təyyarənin qəza eniş etməsi səbəbindən həyəcan siqnalı elan edilib.


Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatında qeyd olunub.


Sinqapur-London marşrutu ilə hərəkət edən aviaşirkətin "Airbus A380" təyyarəsi yük bölməsində yaranan tüstü səbəbindən Bakı hava limanına qəza eniş sorğusu göndərib.


Təyyarə yerli vaxtı ilə saat 07:08-də uğurla eniş edib, hadisə zamanı xəsarət alan olmayıb. Təyyarədə 356 sərnişin olub.


Bakı aeroportunda elan edilən həyacan siqnalı ilə əlaqədar bütün qəza-xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib.


Hazırda hava gəmisinə baxış keçirilir və hadisənin baş verməsinin bütün səbəblərini müəyyən etmək üçün zəruri tədbirlər kompleksi təşkil olunur.


Qeyd edək ki, "Airbus A380" iki göyərtəli və dünyanın ən geniş sərnişin təyyarəsidir.


Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor