» Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Xarici ticarət iştirakçıları ilə görüş keçirilib

Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. 

Görüş gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, eyni zamanda gömrük rəsmiləşdirilməsi prosesində müvafiq dövlət orqanlarından tələb olunan icazə sənədləri barədə xarici ticarət iştirakçılarının məlumatlandırılması məqsədilə təşkil olunub. 

Görüşdə Mərkəzi Gömrük Ekspertizası İdarəsi, DGK yanında ictimai şuranın sədri,Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi və Respublika Sanitariya Karantin Mərkəzinin rəhbər şəxsləri də 150-dən çox biznes nümayəndəsi  iştirak edib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov son dövrlərdə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində aparılan təkmilləşdirilmələr və yeniliklərin idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsinə, rəsmiləşdirmə prosesinə sərf edilən vaxt itkisinin və əlavə xərclərin azaldılmasına xidmət etdiyini, eyni zamanda gömrük qanunvericiliyinə könüllü əməl edən sahibkarlara əlverişli şərait yaratdığını vurğulayıb.

Tədbirdə həmçinin Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi və Respublika Sanitariya Karantin Mərkəzi tərəfindən reallaşdırılması nəzərdə tutulan təkmilləşdirmələr və lahiyələr barədə xarici ticarət iştirakçılarına məlumat verilib.

Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənib, onların sualları cavablandırılıb.








Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor