» Lənkəran şəhərində "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda tədbir keçirildi

---

Lənkəran şəhərində "Mədəni irsin qorunmasında cəmiyyətin rolu" mövzusunda tədbir keçirildi



   

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) “Mədəni irsin qorunmasında cəmiyyətin rolu” adlı layihəsinin ilk tədbiri Lənkəran şəhərində baş tutub.





Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra tədbiri giriş sözü ilə DİNİB-in idarə heyətinin üzvü və layihənin eksperti  Günay Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib. Natiq daha sonra  qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur. Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Layihənin eksperti G.Hacıyeva çıxışına davam edərək bildirib ki, “Mədəni irs” dedikdə, pul və ya mülk deyil, mədəniyyət, dəyərlər ve adət-ənənələrdən danışılır. Mədəni irs, paylaşılan bir əlaqə, bir topluluğa aid olma anlamına gəlir. Tariximizi ve kimliyimizi; keçmişlə, bugünümüzlə ve gələcəklə olan əlaqəmizi təmsil edir.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Lənkəran - Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbir iştirakçılarını salamladıqdan sonra çıxış edərək bildirib ki, bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin rəisi Yusif Hüseynov da öz növbəsində bildirdi ki, mədəni irsə malik olmaq hər bir xalqın toxunulmaz hüququdur. Azərbaycanlı milli mənlik şüurunun və ləyaqət hisslərinin tükənməz mənbəyi bizim qədim və zəngin mədəni irsimizdir.


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Lənkəran rayonu üzrə baş mütəxəssisi  Rauf Salayev çıxışında Lənkəran rayon ərazisində olan  tarix və mədəniyyət abidələri haqqında geniş məlumat verib. Tarix və mədəniyyət abidələrinin qorunmasına dövlətin təminat verməsi, elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılması, fəaliyyəti və inkişafını təmin etməsi, abidələrdən səmərəli istifadə üçün şərait yaradılması barədənatiq çıxış edib.


“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihənin əsas məqsədi mədəni irs nümunələrimizə cəmiyyətin daha həssas yanaşaraq onların qorunması, öyrənilməsi və tanıdılmasında yaxından iştirak etmək və bütün bunları hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır. Təşkilatın sədri çıxışına davam edərək bildirib ki, təşkilatımızın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini apararaq Azərbaycanın tarixən zəngin olan mədəni irsinin qorunmasında geniş fəaliyyəti olan bir ölkə olduğunu yerli və beynəlxalq ictimaiyyətə təbliğ etməkdir. 
Tədbirdə çıxış edən natiqlər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Mədəniyyətinin inkişaf etdirilməsində və dünyada tanıdılmasında əvəzisz xidmətlərindən danışıb. Eyni zamanda günümüzdə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi, onların başqa ölkələrdə tanıdılması kimi yüzlərlə layihələr həyata keçiridiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. 

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor