» » Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilb

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gənclər sağlam həyat tərzi seçir – Narkotikə yox” devizi altında tədbir keçirilb

Gənc Vətənpərvərlər  “Ictimai Birliyi “Azərbaycan Respublikasının   QHT-na Dövlət Dəstəyi Agentliyin  maliyyə yardımı ilə  “Narkomaniyanın profilaktikası sahəsində kompleks tədbirlərin keçirilməsiı  “adlı layihə çərçivəsində Yeni Azərbaycan Partiyasının Səbayil rayon təşkilatı ilə birgə  14 aprel 2022 - cu il tarixdə“Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” mövzusunda elmi nəzəri praktik konfrans keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatın sədri Muxtar Nağıyev tədbir iştirakçılarını salamlayıb. Daha sonra sədr bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsində 250 milyon narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3%”faizi” deməkdir.                       
M.Nağıyev onu da qeyd edib ki, hazırda ölkədə 33 min 788 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!  
Layihə rəhbəri  Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında, Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında  qrup üzvü  Müqamət Əliyev   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla  həyata keçirilməsindən və icra olunan  layihənin mahiyyətindən ətraflı danışaraq qeyd edərək bildirdi ki,  bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Öndər.tv internet televiziyyasının təsiscisi və sədri Ramil Əliyev qeyd edərək bildirdi ki, Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçiilməsinə ehtiyac var. Çıxış edənlər  Səbayıl rayon Polis  İdarəsinin əməkdaşları Mərdan Məmmədov və Emin Bağırzadə ,narkomaniya və digər zərərli vərdişlər, onların fəsadları, bu dəhşətli bəlaya qarşı aparılan mübarizədən  və  gənclər arasında narkomaniya, alkoqollu içkilər və siqaretə aludəçilik kimi zərərli vərdişlərin yayılmasının hər zaman cəmiyyətin aktual problemi olduğunu ,əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə daim fəal olmağa çağırılıb. Tədbirdə ictimaiyyət nümayəndələri, GVİB-n İdarə Heyəti, QHT –n nümayəndələri və  Yeni Azərbaycan Partiyasının Səbayil rayon təşkilatınnın fəal üzvləri iştirak ediblər.  Tədbirin sonunda Narkomaniya və QİÇS-ə bağlı  video carx nümayiş etdirildi. layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində QHT Dövlət Dəstəyi Agentliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş  buklet,təsvirli  köynək və sertifikatlar paylanılıb  Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıldı. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyəyardımı  ilə həyata keçirilir.
















Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor