» » Azərbaycan Milli QHT Forumunun Gədəbəy hadisələri ilə əlaqədar MÜRACİƏTİ

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Azərbaycan Milli QHT Forumunun Gədəbəy hadisələri ilə əlaqədar MÜRACİƏTİ

“Azərbaycan xalqı 2020-ci ilin noyabrın 8-də erməni işğalçıları üzərində tarixi qələbəyə imza atdı. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 30 ilə yaxın işğal altında olan Qarabağ torpaqlarımızı azad etdi və bütün dünyaya öz qüdrətli ordumuz və xalqımız adından bəyan etdik ki, 27 sentyabr 2020-ci ildə başlanan müharibə Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığı Vətən müharibəsi idi. Müzəffər ordumuzun qələbəsi Azərbaycanın bütün sahələrdə uğurlarına təkan verdi. Sabitlik, inkişaf dövlətimizin daha da qüdrətlənməsini sürətləndirdi”.- bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib.
O, həmçinin qeyd edib ki, bu gün uğurlarımız düşmənin bağrını yardığı halda, bir qrup üzdəniraq insanların düşmən dəyirmanına su tökməsi bağışlanmazdır: “Şəhidləri dünyaya gətirən analar bizim arxamızdır, dayağımızdır. Analara əl qaldıran, ictimai sabitliyin pozulmasına şərait yaradan məmur özbaşınalığını pisləyirik, qınayırıq. Hər qarış torpağımız bizim üçün müqəddəsdir. Gədəbəydə əmin-amanlığı pozan ünsürlərə qarşı bir vətəndaş kimi hər birimiz narahat olmalıyıq. Sıralarında 780-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, Gədəbəydə baş verən hadisələrin müvafiq qurumlar tərəfindən araşdırılmasını və səbəbkarların cəzalandırılmasını tələb edirik”. – deyə bildirib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor