» » Azərbaycan Milli Sivil Toplum Kuruluşları Forumu Prezident Ərdoğanı təbrik etdi

ƏSAS / ÜMUMİ

Azərbaycan Milli Sivil Toplum Kuruluşları Forumu Prezident Ərdoğanı təbrik etdi

Azərbaycan Milli Sivil Toplum Kuruluşları Forumunun prezidenti Rauf Zeyni Forumun üzvləri və öz adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana təbrik ünvanlayıb.
Təbrik mətnində deyilir:
Sayın Cümhurbaşkanı!
Sizi 28 May 2023-cü il tarixində keçirilən  seçkilərdə Türkiyə Cümhuriyyətinin 13-cü prezidenti seçilməyiniz  və həmçinin AKP-nin qələbəsi münasibətilə,  Azərbaycan Sivil Toplum Kuruluşları Forumunun üzvləri və şəxsən öz adımdan təbrik edir, Türkiyə xalqının və türk dünyasının rifahı və inkişafı naminə fəaliyyətinizdə Sizə daha böyük uğurlar və qələbələr arzulayırıq. İstər 14 may seçkiləri istərsə də 28 may seçkilərində Türkiyə, dünyaya demokratiya dərsi keçdi.
Rəhbərlik  etdiyiniz dövrdə Türkiyə Cümhuriyyəti daha nüfuzlu,  beynəlxalq aləmdə öz milli iradəsini,  hərbi qüdrətini, dövlət suverenliyini və müstəqil xarici siyasətini bütün dünyaya nümayiş etdirdi. Bundan sonrakı dövrlərdə də Türkiyə Cümhuriyyətinin demokratiyası, güclü və qüdrətli bir dövlət olması yolunda fəaliyyət göstərəcəyinizə inanır və Uca tanrıdan Sizə və xalqınıza uğurlar diləyirik.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və ondan əvvəlki və sonrakı dövrlərdə də dövlətimizin və xalqımızın o cümlədən, ölkə prezidenti cənab İlham Əliyevin  hər an yanında olduğunuz üçün bütün Sivil Toplum Kuruluşları adından sizə dərin minnətdarlığımızı bildiririk.
“Türkiye yüzyılı” deyərək başladığınız yeni dövrdə Sizə və Türkiyə Respublikasına, qardaş türk xalqına sülh və əmin-amanlıq, yüksək inkişaf və parlaq qələbələr arzu edirik.
Dərin hörmət və ehtiramla,
Rauf Zeyni
Azərbaycan Milli Sivil Toplum Kuruluşları
Forumunun prezidenti
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

  1. Tryptin-Sr | Ziyaretçi

    Heya i'm for the first time here. I found this board and I find It truly useful & it helped me out a lot. I hope to give something back and help others like you aided me.

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor