ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / İQTİSADİ / HADİSƏ
Gənc şair, Prezident Təqaüdçüsü Kapital Bankdan şikayətçidir. Azərbaycan Respublikasının qanunlarını saymırlar

Şair Rauf Qərib Alagöz yazır📝
Azərbaycan Respublikasının qanunlarını saymırlar
Hətta erm*nilər belə Azərbaycan Respublikasının qanunlarını qəbul etdi, amma Kapital Bank eləmir.
Bankın hüquq departamentinin 1 günlük araşdırmasından sonra əməkdaşları zəng edib dedi ki, biz Azərbaycan Respublikasının verdiyi sənədi tanımırıq, mütləq bizə xarici pasport təqdim etməlisiniz. Mən Azərbaycanda yaşadığımı və sərhədkeçmə sənədinin onlara aidiyyəti olmadığını bildirdim.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında qanuna görə mən və mənim kimi minlərlə Azərbaycanda Daimi Yaşayan xarici ölkə vətəndaşları Azərbaycan Respublikasının vətəndaşları ilə eyni hüquqlara sahib olduğumuz halda həmin bank bu qanunun da tələblərini tanımır.
Dolayısıyla, hətta separatçıların və düşmənin də boyun əydiyi Azərbaycan Respublikasının qanunlarına riayət etməyən, öz daxili qanunlarını tətbiq etməyə çalışan bankın xidmərlərindən birdəfəlik imtina edirəm.
Mənimçün Azərbaycan Respublikasının qanunlarını bütün qanunlardan alidir.
Bu sözləri "şair" Rauf Qərib Alagöz öz şəxsi,Facebook səhifəsində yazaraq,narazılığını bildirib.
Qarşı tərəfində mövqeyini,işıqlandırmağa hazırıq!
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər