» » Rusiyalı politoloq: Qarabağ Azərbaycandır, statusun müzakirəsi mənasızdır

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Rusiyalı politoloq: Qarabağ Azərbaycandır, statusun müzakirəsi mənasızdır



Yevgeni Mixaylov

"Hesab edirəm ki, görüş müsbət keçdi. Dialoq İlham Əliyevlə olduğu kimi, Nikol Paşinyanla da kifayət qədər məhsuldar idi. Bütün vacib problemlər müzakirə olunub".
Bu barədə “Report”un Rusiya bürosuna Azərbaycan, Rusiya və Ermənistanın rəgbərlərinin üçtərəfli görüşünün nəticələrini şərh edən politoloq Yevgeni Mixaylov bildirib.
Ekspert qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməzliyini bildirib: "Görüş Putinin təşəbbüsü ilə təşkil edilib və bu, Rusiyanın münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olduğunu göstərir. Razılaşmanın imzalanması üçün bütün mümkün və qeyri-mümkün addımlar atılıb".
Yevgeni Mixaylovun sözlərinə görə, Qarabağ münaqişəsi başa çatıb, amma həlli vacib olan bəzi problemlər var: "Mən həmişə Qarabağın Azərbaycana məxsus olması fikrinə əsaslanmışam. Onun statusunun müzakirəsi məna kəsb etmir.
Paşinyanın Moskvaya qarşı indiki vəziyyətdən istifadə etməyə çalışması təəssüratı yaranır. Rusiya indi Ermənistan tərəfindən tez-tez pozulan sülhün zəmanətçisi qismində çıxış etdi".
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor