» » Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

ƏSAS / ÜMUMİ

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində səfərin əsas məqsədi Baykal-Amur Magistralının (BAM) tikilməsinin 50 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak olsa da mətbuat bu görüşü daha çox bölgədə gedən proseslərlə əlaqələndirir. Erməni mətbuatı sülhməramlı qüvvələrin Qarabağ ərazisindən çıxarılmasını əsas müzakirə mövzusu hesab edərək bunu Ermənistanın maraqlarına zərbə kimi dəyərləndirirlər. Erməni təhlilçilərinin şərhlərində təzadlı məqam ondan ibarətdir ki, özləri Rusiya sərhədçilərinin və hərbi bazasının Ermənistandan çıxarılmasını tələb etsələr də nəyə görəsə Rusiya hərbiçilərinin Azərbaycan ərazisindən çıxarılmasını Ermənistana qarşı atılan addım kimi dəyərləndirirlər. Erməni məntiqinin anlaşılmazlığı da məhz burada özünü göstərir. Lakin Ermənistan politoloqlarının nə düşünməyindən asılı olmayaraq Azərbaycan öz siyasi gündəliyini özü müəyyən edir. Hazırda Azərbaycan Cənubi Qafqazda ərazisində xarici hərbi qüvvələrin mövcud olmadığı yeganə ölkədir. Bu isə Azərbaycan siyasi hakimiyyətinin hərbi-siyasi-diplomatik məharətinin nəticəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə yaxın tariximizin ötən üç onilliyi çərçivəsində nəzər saldıqda münasibətlərin qarşılıqlı gərginlikdən qarşılıqlı əməkdaşlığa necə keçid aldığını müşahidə etmək çətin deyil: “Yeltsin Rusiyası zamanında torpaqlarımızın işğala məruz qalması və son 20 il ərzində Azərbaycan-Ermənistan-Rusiya üçbucağında balansın əhəmiyyətli dərəcədə ölkəmizin xeyrinə dəyişməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara söykənən siyasi-diplomatik gedişlərinin nəticəsidir. Belə bir uğur hələlik Rusiya ilə münasibətlərinin mürəkkəb olduğu heç bir ölkəyə nəsib olmayıb. Odur ki, bugünkü Rusiya-Azərbaycan münasibətlərini qarşılıqlı faydaya əsaslanan geniş spektrli əməkdaşlıq və hətta müttəfiqlik münasibətləri adlandırmaq olar. Lakin müttəfiqlik münasibətlərində olmaq heç də bütün hallarda Rusiyanın bütün istiqamətlərdə apardığı siyasəti dəstəkləmək anlamına gəlməməlidir. Ermənistan hazırda Rusiya-Azərbaycan münasibətlərini məhz bu kontekstdə şərh edir və guya Qərbə qarşı demarş siyasətində Rusiyanın Azərbaycan tərəfindən dəstəkləndiyini iddia edir. Beynəlxalq təşkilatlarda və bir sıra Avropa dövlətləri ilə qarşılıqlı təmaslarında Azərbaycanın adını Rusiya ilə birlikdə hallandırmağa cəhdlər edilir. Lakin reallıq başqa bir mənzərəni göstərir. Beynəlxalq siyasət sahəsində Azərbaycan kifayət qədər müstəqil və praqmatik siyasət yürüdür və ölkənin milli maraqlarına cavab verməyən heç bir siyasəti dəstəkləmir”.
Deputatın sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində ölkəmiz iqtisadi-ticari əlaqələrin inkişafı, tranzit nəqliyyat yollarının salınması və Avrasiya miqyaslı inklüziv layihələrin həyata keçirilməsinə üstünlük verir. Rusiya və Azərbaycan liderlərinin bu görüşündə də ölkələrimiz arasında əlaqələrin qarşıdakı dövrdə uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında imzalanmış “Azərbaycan-Rusiya əməkdaşlığı inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” müzakirə olunub. Azərbaycan və Rusiya rəhbərlərinin görüşü Qarabağ ərazisində müvəqqəti yerləşən sülhməramlı qüvvələrin ölkəni tərk etməsi ilə eyni vaxta təsadüf edir. Ona görə də bölgədəki mövcud vəziyyətin müzakirəsi və bölgədə sülh yaradılması üzrə fikir mübadiləsinin aparılması da şübhəsizdir. Məqsəd Cənubi Qafqaz bölgəsində daimi sülhün və təhlükəsizliyin bərpa olunmasından gedərkən Zəngəzur dəhlizinin açılması zərurəti də meydana çıxır. Ermənistan siyasi hakimiyyətinin öz öhdəliklərini yerinə yetirməsi tələbi hələ də gündəlikdə qalan və öz həllini tapmamış məsələ kimi dövlət rəhbərlərinin apardığı danışıqlarda müzakirə olunub. Rusiya və Azərbaycan arasında günümüzün ən vacib məsələləri ətrafında davamlı müzakirələrin aparılması bölgənin gələcəyi ilə bağlı meydana çıxan problemlərin həllinə xidmət edir və bu kimi təmaslarda üçüncü tərəfə və ya bütövlükdə bölgənin ümumi maraqlarına zidd olan məqamlar axtarmaq yersizdir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor