» » Qazaxıstanın Respublika günü Turan-Türk Dövlətləri Veteranlar Birliyi tərəfindən qeyd olundu.

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / HƏRBİ

Qazaxıstanın Respublika günü Turan-Türk Dövlətləri Veteranlar Birliyi tərəfindən qeyd olundu.




25 oktyabr 2023-cü il tarixində 
Respublika günü münasibəti ilə Türkistan şəhərində keçirilən bayram tədbirlərində Azərbaycan, Türkiyə və Qazaxstan Respublikasının nümayəndə heyyətləri  iştirak etdilər. Bayram tədbirlərində AVMVİB Sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov çıxış etdi. O, Qazax xalqını Respublika günü bayramı münasibəti ilə təbrik etdi. Xüsusi ilə vurğuladı ki, Turan-Türk Dövlətləri Veteranlar Birliyinin məhz müstəqil Qazaxstanda yaranması böyük əhəmiyyət daşıyır. Altaylardan başlayan-Balkanlara qədər uzanan çox böyük bir coğrafi məkanda yerləşən Türk dövlətləri, xalqları  bir olmalıdırlar. Türk Dövlətləri başçılarının birgə keçirdikləri hər bir tədbir xalqlarımızı Dəmir yumruq kimi birləşdirir. Türkiyə Muharib Qazilər Dərnəyinin Başqanı Beyazit Yumuk, Türkiyə Harb Malulu Qazilər-Şəhid, Dul və Yetimlər Dərnəyi Başqanı Mustafa Işıq  çıxışlarında Turan-Türk Dövlətləri Veteranlar Birliyinin yaranmasının əhəmiyyətini vurğuladılar. Qazax xalqını bayram münasibəti ilə təbrik etdilər. Qazaxstan Respublikasının Veteranlar Birliyinin sədri Murad Muxamedjanov qonaqlara təbriklərə və xoş sözlərə görə təşəkkür etdi. O,  xüsusi ilə qeyd etdi ki, Turan-Türk Dövlətləri  Veteranlar Birliyinin gələcəkdə görəcəyi çox böyük işlər olacaq.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor