» » Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə 44 gündə dastana bərabər bir Zəfərə imza atdı

ƏSAS / SİYASİ / HADİSƏ

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə 44 gündə dastana bərabər bir Zəfərə imza atdı

Ankara, 31 dekabr, AZƏRTAC 
 Qarabağın işğaldan azad edilməsi mübarizəsində qazandığı Zəfər münasibətilə Azərbaycan Ordusunu təbrik edirəm. Bu Zəfər azərbaycanlı qardaşlarımız qədər bizi də məmnun etdi və qürurlandırdı. Siz Can Azərbaycanın Prezidenti, qardaşım İlham Əliyevin liderliyi ilə 44 gündə dastana bərabər bir Zəfərə imza atdınız. 
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbirin iştirakçılarına telefon vasitəsilə söyləyib. 
 Bakıda Azadlıq Meydanında keçirilmiş Zəfər paradını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Qardaş Azərbaycan Qafqaz İslam Ordusunu dualar içində, sevinc göz yaşları ilə necə qarşılamışdısa, dekabrın 10-da Türkiyə Silahlı Qüvvələrini də eyni həyəcanla qarşıladı”. 
 Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Sizin ortaq mübarizəniz ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyətinin şərəf nöqtəsidir. Türkiyə olaraq hərbi zəfərini diplomatik uğurla taclandıracaq Azərbaycanın mücadiləsini meydanda və bütün beynəlxalq platformada dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında yaranmış atəşkəsi müşahidə etmək üçün bölgədə xidmət aparacaq siz, dəyərli hərbçilərimizə müvəffəqiyyətlər arzu edirəm”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor