» » Dövlət Komissiyasının İşçi qrupu ilə QHT Koalisiyası Anlaşma Memorandumu imzalanıb

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SİYASİ

Dövlət Komissiyasının İşçi qrupu ilə QHT Koalisiyası Anlaşma Memorandumu imzalanıb

Fevralın 3-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu ilə Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyası arasında əməkdaşlığa dair 2021-2024-cü illəri əhatə edən Anlaşma Memorandumu imzalanıb.


Bu barədə Dövlət Komissiyasının İşçi qrupundan bildiriblər.


Memoranduma əsasən, tərəflər antinarkotik təbliğatın, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində əməkdaşlıq edəcək. Eləcə də beynəlxalq təcrübədən istifadə etməklə birgə məsləhətləşmələr, profilaktik tədbirlər və seminarların keçirilməsi də nəzərdə tutulur.


Narkomaniyaya qarşı mübarizə üzrə QHT Koalisiyasında narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində fəaliyyət göstərən 12 qeyri-hökumət təşkilatı təmsil olunur.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor