» » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib. Nazirlikdən  verilən məlumata görə, seçkinin təşkili məqsədilə Nazirlikdə 9 nəfərdən (Nazirlik əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv) ibarət komissiya yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Vətəndaş cəmiyyəti institutlarından şuraya üzv olmaq üçün 37 nəfərin namizədliyi təsdiq edilib. Səsvermədə iştirak üçün QHT və KİV nümayəndələri olan 260 nəfər qeydiyyata alınıb. Onlardan 227 nəfər səsvermədə iştirak edib. Seçicilərin fəallığı şəratində, şəffaf şəkildə keçirilən seçkinin yekunu olaraq ictimai şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.
Həmin şəxslər aşağıdakılardır:
 
 
S/nS.A.ATəmsil etdiyi vətəndaş cəmiyyəti, vəzifəsi
1.     Həsənov Məmmədhəsən Murad oğlu“Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nın sədri
2.     Mirzəyev Umud Rəhim oğluBeynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
3.     Həsənli Emin Əliyar oğlu“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə”  İB-nın sədri
4.     Rəhimova Məhluqə Gülməmməd qızı“Əlil Qadınlar Cəmiyyəti”  İB-nın sədri
5.     Qasımov Rey Kərim oğlu“Qarabağ Qaziləri”  İB-nın İdarə Heyətinin üzvü 
6.     Məmmədov Sahib Məlik oğlu“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri
7.     Alızadə Sevinc Əsgərxan qızı“Zəfər” Şəhid Ailələrinə Dəstək”  İB-nın sədri
8.     Həsənov Mirhəsən Yusif oğlu”Çernobıl Əlilləri İttifaqı”  İB-nın sədri
9.     Rzaquliyev Füzuli Ədəb oğlu“Azərbaycan Vətən Müharibəsi Veteranları”   İB-nın sədri
10.   Əliyev Mayis Nəbi oğlu”Sosial Hüquqların Araşdırılması”  İB-nın sədri
11.   Mahmudova Ramilə Rasim qızı“İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“  İB-nın sədri
12.   Abışova Vüsalə Mahir qızı“Azəri Press” Agentliyinin (APA) baş direktoru
13.   Zəkiyev İlham Əzizağa oğluAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin vitse-prezidenti
14.   İsmayılova Nailə İsgəndər qızı“Yeni Həyat Humanitar və Sosial Dayaq”  İB-nın sədri
15.   Məmmədov Elşad Yaqub oğlu“Ümman” Əlilliyi olan uşaqlara Qayğı”  İB-nın icraçı direktoru
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şura Nazirliyin fəaliyyətində ictimai iştirakçılığı ifadə edərək, aidiyyəti fəaliyyət sahələri üzrə qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi aktların qəbulu prosesində vətəndaş cəmiyyəti institutlarının iştirakına, ictimai nəzarətin təmin olunmasına xidmət edir. Qanunvericiliyə uyğun olaraq İctimai şuranın səlahiyyət müddəti iki ildir və hər iki ildən bir şuranın yeni tərkibi seçilməlidir.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor