» » “Konkret” saytının konkretsizliyi və saytın daha bir yalanı-FOTOFAKT

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“Konkret” saytının konkretsizliyi və saytın daha bir yalanı-FOTOFAKT

“Konkret” saytının konkretsizliyi və saytın daha bir yalanı-FOTOFAKT
Artıq 2 ilə yaxındır ki, konkret.az, sonra isə aztime.az, bakuexo.az kimi saytlarda Rövşən Məmmədovun saysız-hesabsız villaları ilə bağlı silsilə yazılar gedir. Əvvəl bu yazılar anonim və ya feyk adlar altında getsə də, sonradan “araşdırmaçı jurnalistlət” öz adlarını yazmağa nədənsə və hardansa cürət tapdılar. Və 2 ildən sonra 5-6 villa, 5-6 bahalı maşınlardan birini nəhayət ki, paylaşdılar. Kiçik araşdırma aparıb şəkli paylaşılan villanın həqiqətən də AzTV-nin sədri Rövşən Məmmədova aid olub olmamasını asanlıqla dəqiqləşdirdim.
1. Həyət evi Rövşən Məmmədovun deyil, onun qardaşı Anar Məmmədovun adınadır. 
2. Təbii, deyilə bilər ki, nə olsun? Qardaşının adına alıb. O zaman zəhmət çəkib evin alınma tarixinə baxın - 2017-ci il. Həmin “araşdırmaçı jurnalistlər” yəqin bu məqamı qaçırıblar. Çünki həmin tarixdə R. Məmmədov AzTV-də adi aparıcı işləyib və aparıcı maaşı ilə onların dediyi kimi, 200 minlik villaya sahib olmaq mümkün deyil.
3. Villanın, əslində isə ümumi sahəsi 77 kv metr olan kiçik həyət evinin qiyməti 65 min azn-dir. Deməli, burda da yalan.
Əziz “həmkarlarıma” xatırlatmaq istərdim ki, əgər Rövşən Məmmədovun digər villaları və bahalı maşınları da bu formada araşdırılıbsa yazıq bizim jurnalistikamızın gününə. Yox əgər olmayan beyninizi işlədib, hikkənizi və çürük, yalan kampaniyanızı bir kənara qoyub doğurdan da obyektiv, əsaslı məlumatlar əldə etmisinizsə buyurun paylaşın. Yoxdursa belə yazılarla insanları aldatmaq nə kişiliyə, nə şərəfə, nə də peşəkarlığa uyğundur. Ayıbdır, Vallah.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor