» » Tanınmış alim Maqsud Nəcəfov 73 yaşında vəfat etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Tanınmış alim Maqsud Nəcəfov 73 yaşında vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov 73 yaşında dünyasını dəyişib.
M.Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonuunun Ağudi kəndində anadan olub.
1966-cı ildə Ağudi kənd orta məktəbini bitirib Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə buranı əla qiymətlərlə bitirib. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirib.
1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib.
1975-ci ildən Ümumi riyaziyyat kafedrasında, 1986-cı ildən Cəbr və ədədlər nəzəriyyəsi kafedrasında laborant, baş laborant kimi fəaliyyət göstərib.
1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1989-cu ildən Həndəsə kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
1998-ci ildən riyaziyyat fakültəsinin dekanı işləyib.
2012-ci ildə “Silindirik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib, məşhur “91-lər” dən biri olub. 
Təhsilin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəcamı ilə Tərəqqi medalı (2007) və Əməkdar müəllim fəxri adı ilə (2012) təltif olunub.
Qeyd edək ki, Maqsud Nəcəfov tanınmış jurnalist, Qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfovun atasıdır.

Allah rəhmət eləsin!!!
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor