» » Vətən Müharibəsində iştirak etmiş, şəhid olmuş, medallarla təltif olunmuş “Neftçi”lilər – FOTO

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Vətən Müharibəsində iştirak etmiş, şəhid olmuş, medallarla təltif olunmuş “Neftçi”lilər – FOTO




“Neftçi” klubu Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş və qazi kimi dönmüş azarkeşləri və əməkdaşları barəsində paylaşım edib.

“Neftçi” azarkeşlərindən şəhid olmuş mayor Əsgərov Rüfət Mürvət oğlu prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları, baş leytenant Məcidzadə Teymur Tehran oğlu “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları, əsgər Qulamlı Afiq Fərhad oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, əsgər Quliyev Asim Bəkir oğlu isə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar (ölümündən sonra).
Döyüşlərdə iştirak edən klub əməkdaşı, leytenant Paşalı Ülvi Turab oğlu “Suqovuşanın azad olunmasına görə” medalı, “Neftçi” azarkeşlərindən olan qazilər – əsgər Şükürlü Cahid Elçin oğlu “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, əsgər Əliyev Rafiq Elxan oğlu isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor