» » Fevralın 3-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Fevralın 3-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.




Fevralın  3-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olanların əziz  xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayan Gömrük Komitəsi yanında Ictimai Şuranın sədri Nazim Bayandurov   Şura üzvlərini salamlayaraq, gündəlikdə olan məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Şura sədri nazirliklə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətdən söz açıb. Daha sonra gündəlikdə olan məsələlər , Monitorinq qruplarının yaradılması, qanunvericiliyə əsasən, şurada ardıcıl olaraq üzürsüz səbəbdən 3 dəfə iştirak etməyən əməkdaşların şuradan xaric olunması səsə qoyularaq, qəbul edildi. Daha sonra İ.Ş –nın sədr muavini Vüsal Əliyev çıxışında bildirdi ki, şurada ardıcıl olaraq üzürsüz səbəbdən 3 dəfə iştirak etməyən (Çingiz Bayramov ,Elməddin Muradlı, Hafiz Əzəmmədov, Namiq Məmmədov,) ictimai şuranın üzvlüyündən xaric edilsinlər. Daha sonra İctimai şuranın üzvi Xanım Əhmədzadə təklif etdi ki, pandemiya şəraitini nəzərə alaraq iclaslar, online formada təşkil edilsin. Daha sonra, şuranın sədr muavini Ramil Əliyev yaradılan facebook səhifəsi və e-mail adresinin yaradıldığını bildirdi.Ictimai şuranın fəaliyyəti ictimai iştirakçılıq haqqında qanun ilə tənzimlənir o cümlədən, yaradılan monitorinq qrupları ictimai şuranın fəlaiyyətini daha da genişləndiriləcək və səmərəli işin görülməsinə təkan verəcək. Səsə qoyularaq, monitorinq qrupları yaradıldı və səs çoxluğu ilə , Xanim Əhmədzadə və Muqamət Əliyev yaradılmış monitorinq qruplarının rəbəri təyin edildi. Daha sonra, monitorinq qrupunun rəhbəri Muqamət Əliyev çıxış edərək ictimai şura üzvələrinə bu etimadı göstərdiklərinə görə təşəkkürünü bildirdikdən sonra xüsusi olaraq  qeyd etdi ki, 2 fevral gənclər gününün 25 illiyi ilə bağlı formda Respublika Prezidenti İlham Əliyev Cənabları çıxış edərək 44 günlük davam edən müharibədə gənclərin qəhrəmanlığından, fiziki hazırlığından söhbət açdı və bütün Azərbaycan gəncliyini idmanın bir növü ilə məşğul olmağa dəvət etdi . Sonra Müqamət Əliyev Cənab Prezidentin fikirlərini əsas tutaraq , ilk monitorinqin keçirilməsinin Dövlət Gömrük Komitəsi yanında fəaliiyət göstərən idman sağlamlıq Mərkəzində keçirilməsini təklif etdi. İclasın yekununda ümumi cari məsələlər müzakirə olundu.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor