» » UGUR OLSUN, ZEYNALABDİN

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

UGUR OLSUN, ZEYNALABDİN

Mən uşaqları çox sevirəm. Bunun səbəbini deyə bilməsəm də bircə bunu bi­lirəm ki, uşaqlar bizim gələcəyimizdir – işıqlı gələcəyimiz. Belə uşaqlardan biri də Zeynalabdindi. Qəhramanlı Zeynalabdin Ramin oğlu. Zeynalabdinin iki qardaşı, bir bacısı var. O, evin böyük oğludur. Həmişə Zeynalabdingillə görüşəndə bu isti­qanlı oğlanın sakit təbiətini, ağıllı baxışlarını, elmə, sənətə sevgisini görüb ona bir az da möhkəm bağlanmışam. Onu gələcəyimizin istedadlı gənci kimi görmüşəm. Zeynalabdinin hələ uşaq yaşlarındaykən çəkdiyi şəkillər, canlı aləmə sevgisi, Nax­çı­van Televiziyasının uşaq verilişlərində iştirakı onun istedadından, işıqlı gələcə­yin­dən xəbər verirdi. Təbii ki, həmişə olmasa da arada bir Zeynalabdingillə  gö­rü­şürdüm. İş elə gətirdi ki, xeyli vaxt onlarla görüşə bilmədim.




Bir dəfə Zeynalabdinin atasına, yəni Raminə rast gələndə ondan Zeynalabdini xəbər alanda o gülümsündü:

– İndi Zeynalabdin tələbədir. Trabzonda KTÜ Qaradəniz Texnik Universite­ti­nin memarlıq və şəhər və bölgə planlaşma fakültəsində oxuyur.

Bu xəbəri eşidəndə çox sevindim. Dərhal Zeynalabdinlə telefonla əlaqə sax­ladım. Onu təbrik etdim, necə oxuduğu ilə maraqlananda özü ilə bağlı ötəri məlu­mat verdi:

– Oxuyuram, buradakı tələbələr kimi. İmtahanlarda çətinlik çəkmirəm, çünki bu sahəni hələ orta məktəbdə oxuyandan xəyal etmişəm. Bu dadlı xəyalın qanad­la­rın­da çox uçmuşam. Yəni mənim bəzən nağıla bənzətdiyim arzum çin olub.

– Zeynalabdin, sənin  təvazökar olduğunu yaxşı bilirəm. Bəs imtahanlarda bi­rin­cilər sırasında olmursanmı?

Gülümsündü:

– Həmişə balım doxsandan yuxarı olur, doxsan beş, doxsan altı... Söz düşəndə bölüm başkanı Dilək Beyazlı hoca, Yelda Aydın Türk və Ayşegül Özyavuz kimi ho­­ca­larım da mənim adımı çəkir, mənə yaxşı tələbə olduğuma görə dəyər verirlər. Bu, məni qürurlandırır. Düşünürəm ki, təhsil aldığım bu ali məktəbdə oxumaq xoş­bəxtliyi məni elm və sənətin dalınca daha uca zirvələri fəth etməyə aparacaq.

...Trabzonda, Qaradəniz Texnik Universitetinin memarlıq şəhər və bölgə plan­laşma fakültəsində Azərbaycandan bir tələbə də təhsil alır. Bu Qəhrəmanlı Zey­nalabdin Ramin oğludur. Onun adı universitetin birinci tələbələri sırasındadır. Uğur olsun, Zeynalabdin. Millət atası Zeynalabdin Tağıyev, Zeynalabdin Şirvani ki­mi tanınmış olasan, Azərbaycan adını ucalara qaldırasan. Bizim işıqlı gələcəyi­miz sənin kimi gənclərin əlindədir, Zeynalabdin.

Bu yazını bitirəndə birdən yadıma Zeynalabdinin vaxtilə orta məktəbdə arxi­tek­turaya dair çəkdiyi çızgilər düşdü, onlardan bir neçəsini burada verməyi müna­sib bildim. Zənn edirəm bu əl işləri maraqsız olmaz.

Tacir SƏMİMİ

filologiya üzrə fəlsəfə dokroru, dosent

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor