» » QHT sədri 1 iyun Şəhid və Qazi uşaqları ilə görüşdü

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT sədri 1 iyun Şəhid və Qazi uşaqları ilə görüşdü


Uşaqlar bizim gələcəyimizdir. Ona görə də gələcəyimizin gözəl olmasını istəyiriksə, uşaqlarımızın tərbiyyəli təhsilli və vətənini sevən fərd olaraq yetişməsi üçün əlimizdən gələni etməliyik. Bunun üçün də hər kəs öz evindən başlamalıdır. Hərkəs övladını sağlam fərd olaraq böyüdərsə, gələcəyimiz dahada gözəl olar. Dilindən, dinindən, irqindən asılı olmayaraq bütün uşaqlar günahsızdır və hər şeyin ən yaxşısına layiqdir. Bütün uşaqların Atalı, Analı, qorxusuz, problemsiz və müstəqil yaşama haqqı var. Öndər TV kamandası da bütün bayramlarda olduğu kimi, 1 iyun Uşaqların Beynalxalq müdafiyyəsi günündə də, Öz ənənəsinə sadiq qalaraq, Güvən Lüks şirkətinin rəhbəri Namiq Əhmədxanovun, şirkətin əməkdaşı Emin Əliyevin,  İnkşafa və İslahatlara dəstək ictimai birliyinin idarə heyyətinin üzvü Emil Kərimovun dəstəyi ilə İnkşafa və İslahatlara dəstək ictimai birliyinin və Öndər tv-nin   Təsisçisi Ramil Əliyev şəhid və Qazi övladlarını bu gün münasibəti ilə təbrik etdi. Düzdü bu ailələr dövlət tərəfindən hər tərəfli diqqət və qayğı ilə əhatə olunduğu üçün heçnəyə ehtiyacları yoxdur. Amma biz bir vətəndaş olaraq Şəhid və Qazi övladlarını təbrik etməyi özümüzə borc bildik. Öz övladlarımızı necə təbrik edirik və sevindiririksək onları öz övladlarımızdan ayırmamalı, bəzəndə üstün tutmalıyıq. Şəhid və Qazi övladları bu ölkədə hərkəsin övladından daha üstün yaşamaldır. Çünki onların Ataları Hamımızın torpağı uğrunda Şəhid və qazi olublar. Elə buna görədə tanıdığımız, kanalımızda həyat yolunu işıqlandırdığımız Şəhid övladlarını imkanımız daxilində sevindirməyə çalışdıq. Onların üzündə yaranan balaca bir təbəssüm də bizə bəs idi. Əziz balalar həmişə üzünüz gülsün, çox çox xoşbəxt olun, ən gözəl məktəbləri, üniversitetləri bitirərək ən yüksək vəzifələri tutun ki, atanızın ruhu sizə baxıb şad olsun. Çünki sizlər bu ölkəyə şəhidlərin əmanətlərisiniz. Bizdə öz növbəmizdə   bütün uşaqları 1 iyun beynalxalq uşaqların müdafiəsi günü münasibəti ilə təbrik edirik. Onlara müstəqil Azərbaycanda bir bayraq altında xoşbəxt firavan günlər arzu edirik...








Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor