» » Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyası keçirildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyası keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Tovuz rayonunun Gənclər Evində  "Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyası" adlı növbəti tədbiri keçirildi. Tədbiri layihənin koordinatoru açaraq erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyası haqqında geniş məlumat verdi.

Tədbirdə layihənin hüquqşünası Mətanət Əsgərova erkən nikahların anlayışı, yetkinlik yaşına çatmayan şəxsi nikaha girməyə məcbur etmənin zorakılıq hesab edilməsi, nikaha girməyə məcbur etməyə görə məcbur edən şəxslərin, o cümlədən valideynlərin cinayət məsuliyyəti, zərərçəkmişin dövlət müdafiəsinin xüsusiyyətləri, o cümlədən erkən nikahdan doğulan uşaqların rəsmiləşdirilməsinin və dövlət müdafiəsinin xüsusiyyətləri, erkən nikahların doğurduğu hüquqi problemlər və onların həlli yolları barəsində tədbir iştirakçılarına danışdı. Layihənin eksperti Nailə İsmayılova erkən nikahın baş vermə səbəbləri haqqında auditoriyaya məlumat verdi. Eyni zamanda o, erkən nikaha məcburetmənin sosial-psixoloji fəsadlarının yaranmasında valideynlərin məsuliyyət daşıdıdığını  və lazım gəldikdə məsuliyyətə cəlb olunmalarının vacibliyini haqqında danışdı. Sonda gəncləri maraqlandıran suallara dolğun cavablar verildi.





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor