» » Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyasının təşkili

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Erkən nikahların qarşısının alınması məqsədilə regionlarda maarifləndirmə kampaniyasının təşkili

İsmayıllı rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində Azərbaycan Respublikasının Qeyri –Hökümət Təşkilatlarınına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ’’Azad Həmfikirlər ‘’ Gənclərin Maarifləndirilməsi İctimai  Birliyi,   “Erkən nikahların  qarşısının  alınması   məqsədilə regionlarda maarifləndirmə   kampaniyasının təşkili” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. 

Tədbiri giriş sözü ilə açan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru  atual mövzu barəsində çıxış etdi. İsmayıllı rayon İcra Hakimiyyətinin məsul işçisi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov mövzunun aktuallığı ilə yanaşı rayonda erkən hikahların qarşısının alınması ilə görülən işlərdən danışdı. “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayevaya  erkən nikahların qarşısının alınması məqsədilə aparılan maarifləndirici tədbirin əhəmiyyətindən danışdı.

Erkən nikahların səbəbləri, yalnız iqtisadi problemlərlə bağlı olmaması, nikah yaşının zəruri hallarda rayon icra hakimiyyəti tərəfindən aşağı salınmasının əsasları və qaydası, erkın nikahların doğurduğu hüquqi nəticələr, o cümlədən bu nikahlardan doğulmuş uşaqların rəsmiləşdirilməsinin xüsusiyyətləri, erkən nikahlar zamanı anaların və uşaqların hüquqi müdafiəsi zamanı yaranan problemlər, erkən nikahlar zamanı ərin məsuliyyəti, erkən nikahlarla mübarizədə vətəndaşların, təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının rolu, nikaha girməyə məcburetməyə görə cinayət məsuliyətinin xüsusiyyətləri, erkən nikahlar zamanı qurbanlar üçün sığınacaqlar, bütün prosedurların konfidensial olması, qurbanların dövlət müdafiəsinin xüsusiyyətləri barəsində layihənin eksperti Mətanət Əsgərova məlumat verdi.

Layihə üzrə ekspert nailə İsmayılova layihə mövzusunun aktuallığını dəyərləndirərək aparılan araşdərmaların ictimai qınağın gücləndirilməsinə ehtiyac olduğunu bildirdi. O, erkən nikahın insan taleyində daha ağır fəsadlara yol açacağınğ xüsusilə qeyd etdi. Tədbirdə İsmayıllı rayon Gənclər və İdman İdarəsini rəisi Taleh Salehov da məsələnin aktuallığını qeyd etdi.

Sonda tədbirdə iştirak edənlərin sualları cavablandırıldı. Məxfilik qorunma şərtilə müraciət edilən insanlara hüquqi yardım edildi.








Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor