» » Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 aylıq layihəsini icra edir.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 3 aylıq layihəsini icra edir.

“Ekoleks” Ekoloji Hüquq Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Abşeron yarımadasında bərk məişət tullantılarının idarə edilməsinin yaxşılaşdırılması ilə bağlı tövsiyələrin hazırlanması 3 aylıq layihəsini icra edir.

Layihənin məqsədi Abşeron yarımadasının nümunəsində Azərbaycan respublikasında bərk məişət tullantılarının idarə olunması sahəsində mövcud vəziyyətin təhlil edilməsi, tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması ilə əlaqədar tövsiyylərin hazırlanması yolu ilə bərk məişət tullantıları sahəsində siyasi qərarların qəbul edilməsində ictimai iştirakın artırılmasıdır.

Layihə ətraf mühitin mühafizəsi, resurslardan istifadənin səmərəliliyinin artırılmasını nəzərdən tutan mühüm məsələyə  - bərk məişət tullantılarının idarə olunmasına həsr olunmuşdur. 

Layihənin icrası zamanı əsasən Bakı şəhəri və Abşeron rayonları ərazisində ictimai fəal insanların İcazəsiz tullantı yerlərinə atılan tullantıların mənbəyi müəyyən edilməsi üçün ərazi icra nümayəndəlikləri, bələdiyyələr, ETSN-nin yerli qurumları ilə, zəruri olduqda tullantı yerlərinin yaxınlığında yaşayan insanlarla müsahibələr aparılmış, qanunsuz tullantı yerlərinin bir qismi müəyyən edilmiş və xəritələri hazırlanmışdır. Həmin ərazilərdə tullantıların atılması üçün istifadənin məhdudlaşdırılmasına qismən nail olunmuşdur. 

Layihə çərçivəsində sosial şəbəkələr üzərindən “İcazəsiz tullantı izlə” kampaniyasına  başlanmışdır. Bu kampaniya sosial şəbəkələrin müxtəlif siqmentlərində insanların sağlam ətraf mühitdə yaşamaq arzusunu ifadə etmək üçün göstərdiyi səylərin bir platformada birləşdirmək cəhdidir.

Bakı şəhərinin və Abşeronun rayonun nümunəsində bərk məişət tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin monitorinqi keçirilmiş, Bərk məişət tullantılarını

idarə olunmasının səmərəliliyinin artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi, ixtisaslı kadrların hazırlanması ilə əlaqədar tövsiyyələrin hazırlanmışdır.

Layihə tərəfindən hazırlanacaq sənədlər həm bu sahənin mütəxəssisləri, dövlət, bələdiyyə və şirkət vəzifəli şəxsləri, həm də geniş ictimaiyyət, elm adamları üçün müəyyən məhsul olacaqdır.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor