» » Turizimçilər Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyini ziyarət ediblər

ƏSAS / ÜMUMİ

Turizimçilər Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyini ziyarət ediblər

28 İyun 2022 tarixində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri cənab Rüfət Hacıyev və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti cənab Ruslan Quliyev Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyini ziyarət etmişdilər.
Ziyarət zamanı qonaqlar то Monteneqronun Azərbaycan Respublikasındakı Diplomatik Nümayəndəliyinin rəhbəri xanım Milica Buric və Monteneqronun Azərbaycan Respublikasındakı Fəxri Konsulu Dr. Vüqar Əliyev ilə görüş keçirmişlər.
Görüşdə Azərbaycan və Monteneqro arasında olan turizm dinamikasının artım tendensiyasının irəlilədiyi qeyd olunmuşdur.
Monteneqroya Balkanlarda yeganə ölkə olaraq 2013-cü ildən başlayan birbaşa uçuşlar təşkil edilib. Eyni zamanda Türkiyə istiqamətindən sonra Azərbaycan turistləri üçün birbaşa uçuşlarla ən maraqlı və rahat səyahət edə biləcək olduğunu vurğulamışdılar. İrəlidə uçuşların daha uzunmüddətli həyata keçirilməsi istiqamətində işlərin aparılmasi mövcud olduğu qeyd olunmuşdur.
Görüşün sonunda xanım Milica Buric Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri cənab Rüfət Hacıyevi və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti cənab Ruslan Quliyevi Monteneqro və Azerbaycan turizm əlaqələrin inkişaf etdirilməsi istiqamətində və ölkələrimiz arasında turizmin inkişafına göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirmişdir və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Həmçinin qonaqların hər ikisi 30 İyun 2022-ci il tarixindən Bakı - Tivat birbaşa uçuşların başlanması ilə əlaqədar xanım Milica Burici və Fəxri Konsul Dr. Vüqar Əliyevi təbrik etmişlər
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor