» Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Şahin Bağırovu "TOPA TUTDU": "Çoxsaylı müraciətlərimizə baxılmır..."

---

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvü Şahin Bağırovu "TOPA TUTDU": "Çoxsaylı müraciətlərimizə baxılmır..."

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şuranın üzvü Ramil Əliyev qurumun fəaliyyətini və yeni sədri Şahin Bağırovu sərt tənqid edib.

Onder.tv"nin məlumatına görə, "İnkşafa və islahatlara dəstək"İctimai Birliyin sədri,Ramil Əliyev Demokrat.az-a  açıqlamasında bildirib ki, Dövlət Gömrük Komitəsinin nə əvvəlki, nə də indiki rəhbərliyi İctimai Şuranın üzvlərinin müraciətlərinə məhəl qoymur.

Onun sözlərinə görə, Şahin Bağırov "İctimai iştirakçılıq haqqında" qanunun tələblərini kobud şəkildə pozur, ölkə Prezidentinin tapşırıqlarının icrasına məhəl qoymur:

DGK yanında İctimai Şuranın üzvü Ramil Əliyev xatırladıb ki, "İctimai iştirakçılıq haqqında" qanun 2014-cü il iyunun 1-də Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilib:

"Bu qanunun tələblərini pozan şəxslər, Azərbaycan Respublikasının İzbati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu qanuna əsasən, 2021-ci il sentyabrın 21-də Dövlət Gömrük Komitəsində də İctimai Şuraya seçkilər keçirilib. Seçkidən sonra 2021-ci il oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin Katibliyinin keçmiş rəisi Anar Süleymanov bizi qəbul etdi. Ancaq bu görüşümüz zamanı bizə məlum oldu ki, Anar Süleymanov Dövlət Gömrük Komitəsində şəfaflığı təmin etmək üçün ictimai fəaliyyətimizi dəstəkləmək əvəzinə, bizim fəaliyyətimiz üzərində öz diqtəsini tətbiq etməyə çalışır. Həmin vaxtı keçirilən iclasdan sonra bizim faliyyətimiz üçün heç bir imkan yaradılmadı. Dəfələrlə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səfər Mehdiyevə yazılı və şifahi müraciətlərimizə baxmayaraq, bu Şuranın faliyyəti kağız üzərində qaldı. Səfər Mehdiyev işdən azad olunduqdan sonra isə Şahin Bağırov yeni komitə sədri təyin olundu. 
Şahin Bağırov işə başladıqdan sonra ümüd edirdik ki, cənab Prezident İlham Əliyevin Sərəncamını nəzərə alaraq, İctimai Şuranın fəaliyyətinə imkan yaradacaq. Bu ümüdlə aprel ayında Dövlət Gömrük Komitəsinin sədr mavini Bəhruz Quliyev, Cavad Qasımov, mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov tərəfindən görüşə dəvət edildik. Bu görüşdə sədr müavinləri bildirdilər ki, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın fəaliyyətə başlaması qurumun yeni sədri üçün ən prioritet məsələlərdən biridir. Ən qısa zamanda fəaliyyətə başlamağımıza şərait yaradacaqlarına şəxsən komitə sədri Şahin Bağırovun adından söz verildi. Həmin görüşdən 3 aydan artıq vaxt keçsə də, İctimai Şura üzvlərinin Dövlət Gömrük Komitəsinə ünvanladığı çoxsaylı müraciətlərinə baxılmır. Beləliklə, Dövlət Gömrük Komitəsi rəhbərliyinin bizə verdiyi sözlər elə söz olaraq qaldı. 

Düşünürəm və sual edirəm ki, axı Dövlət Gömrük Komitəsi rəhbərliyi cənab Prezidentin Sərəncamına qarşı cıxmaq cəsarətini hardan alır? Bunları o vəzifəyə kimin təyin etdiyini unudublar? 

Yaxud da başları elə qarışıb ki, cənab Prezidentin Sərəncamlarını oxumağa vaxtları olmur".
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor