» Suraxanı Gənclər Evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

Suraxanı Gənclər Evində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib




Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir.
Noyabrın 4-də Suraxanı rayon Gənclər evində Zəfər Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Aydın Mirzəzadə, şəhid ailələri, qazilər, RİHB-nin müavinləri və şöbə müdirləri, rayonun idarə rəhbərləri iştirak ediblər. 


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər qonaqlar çıxış edərək bildiriblər ki, 8 noyabr – Zəfər günü tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. 


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin və lokal antiterror əməliyyatlarının reallıqları, böyük Qələbəmizin əsasında duran xalq-dövlət-ordu birliyi amili, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyi gerçəkliklər gənclərimiz tərəfindən öyrənilməli və gələcək nəsillərə ötürülməlidir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor