» » Dövlət rəmzlərinin təbliğində gənclərin rolu - Fotolar

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Dövlət rəmzlərinin təbliğində gənclərin rolu - Fotolar

Gənc Vətənpərvərlər  İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və  İdman Nazirliyin  maliyyə dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi" adlı layihə çərçivəsində Nəsimi rayon  8 saylı tam orta məktəbdə Zəfər və  Dövlət bayrağı gününə həsr olunmuş  tədbir  keçirib.

Layihə rəhbəri Muğan  Əliyev "Rupor"a açıqlamasında bildirib ki, canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildikdən sonra şagirdlər vətənpərvlik mövzusunda mahnı və şeirlər səsləndirilib, müxtəlif sə kompozisiyalar nümayiş etdiriliblər.

M.Əliyev açılış çıxışında deyib ki, hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir.   

"Tədbirdə 8 nömrəli tam orta məktəbin direktoru Aytən Baxşıyeva Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər  və Dövlət bayrağı günü münasibətilə iştirakçıları təbrik etdi. O qeyd etsi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan, 44 gün davam edən Vətən müharibəsi şanlı Qələbə ilə sona çatıb".

Direktor daha sonra deyib: "Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində böyük Zəfərə imza atıb və üc rəngli ay ulduzlu bayrağımızı yüksəliklərdə dalğalandırıblar". 

Layihə rəhbəri məktəbin tərbiyə  işlər üzrə direktor müavini Səfurə İbrahimlinin də çıxışını diqqətə çatdırıb. S.İbrahimova belə deyib: 

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış böyük Zəfər, eyni zamanda, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, gənclərimizin Vətən sevgisi, iqtidar-xalq və ordu birliyi sayəsində əldə olunub".
 
Tdbirdə iştirakedən Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının Üzv təşkilatlarla  iş üzrə katibi  Jalə Həsənova  qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin – bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.                                                                                                                                                                                       Tədbirdə digər çıxış edənlər gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlar haqqında maarifləndirmə  işlərinin aparılmasının zəruriliyini və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümündən , pis vərdişlərdən və vətənpərvərlk mövzusunda danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıblar. Layihə iştirakçıları əsasən yeniyetmə və gənclərdən ibarət olub.                                             

Layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər və İdman Nazirliyin   və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş  buklet,təsvirli  köynək, bayraq, sertifikat, Heydər Əliyevin əksi olunmuş döş nişanları, təqvim  və dəftərxana ləvazimatları paylanılıb.                            

Tədbirdə  ictimayətinin nümayəndələri, könüllülər,birliyin üzvləri, QHT-n nümayəndələri və digər qonaqlar iştirak ediblər.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor