ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ
Müstəqil Azərbaycan dövətinin tarixinə yazılan növbəti Şanlı Qələbə

Azərbaycan Silahlı Qüvvələrin vətənpərvər peşakar ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra edə bilmək üçün hər zaman vətənin müdafiəsinə hazırdır. Azərbaycanın məqsədi Azərbaycanın ərazi bütövlüyünün,,suverenliyinin qorunması, erməni sepratçı birləşmələrini torpaqlarımızdan çıxarılmasıdır. Azərbaycan hökuməti onları dəfərlərlə dialoqa dəvət etməsinə baxmayaraq onlar bundan imtina etmişdirlər. Lakin Xankəndində ,Ağdərədə cəmləşən separatçılar terror əməllərindən əl çəkmirlər və terror hadisələri törətməkdə davam etdirirdilər. Buna görə də vətənpərvər ordumuz sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirələrinə başlamışdır. Budan sonra ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdir. Telefon söhbəti zamanı Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılmışdır. Azərbaycan Prezidenti Qarabağ ermənilərinin nümayəndələrinin dialoqa çağırıldığını Blinkenin diqqətinə çatdırmışdır. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komdanı Dövlət başçısı İlham Əliyev bildirmişdi ki, Xankəndində ,Ağdərədə cəmləşən separatçılar terror əməllərindən əl cəkməli və silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Cənab Prezident onu da qeyd edib ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bu günə qədər şeytan yuvası olan Xankəndi üzərində bayrağımızı hər an dalğalandıra bilərik, amma bunu itkisiz etməliyik və mütləq yaxın zamanda edəcəyik. Kimsənin şübhəsi olmasın. Rahat olun”. Əziz vətənpərvərlər.Əks halda Dəmir Yumuruq hazırdır. Bidiyiniz kimi bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan qələbəyə nail oldu. Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri nizami peşəkar ordumuzun gücü qarşısında tap gətirə bilmədi. Qarabağdakı separatçı ermənilər tərksilah edilməsi davam etdirilir.. Bu, Müstəqil Azərbaycanın tarixinə yazılan növbəti Şanlı Zəfər oldu. Qürurlandırıcı haldır ki, məhz 24 saat ərzində bir daha ümumxalq güc birliyini göstərdi Budur vətənpərvərli,torpaq sevənlik. Həmçinin 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları,gənclər təşkilatları Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və gənclər təşkilatları tərəfindən birgə Bəyanat qəbul olunub. Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq Ölkə başcısı , Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi daxili və xarici siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq sosial şəbəkələrdə əhali arasında təbliğat və təşviqat işlərini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman haqlı və ədalətli mövqeyini Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə imtina edilmiş və bunun qarşılığında Ermənistanın, onun dünyadakı dəstəkləyən havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə imtina edilmişdir. Odur ki,Xankəndində,Ağdərədə erməni seperatçılara qarşı antiterror tədbirlərin görülməsi peşəkar ordumuz tərəfindən qaçılmaz oldu. Beləliklə Müstəqil Azərbaycan dövətinin tarixinə yazılan növbəti Şanlı Qələbə ilə qalib olduq.
Təbriklər Cənab Ali Baş Komandan !
Təbriklər Müzəffər şanlı ordumuz !
Gənc Vətənpərvərlər İctimai Birliyin Sədri Müqamət Süleyman oğlu Əliyev(Muğan)
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər