» "Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir“

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

"Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir“


 
     


“Qazax rayonunun indiyədək işğal altında qalmış 4 kəndinin savaşsız geri alınması Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bu həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir. Hadisələrin bu axarda getməsi bir neçə vacib nəticələrə gəlmək imkanı yaradır. Birincisi, Azərbaycanın haqlı tələbləri bir-birinin ardınca yerinə yetirilir”. Bu sözləri Onder.tv- yə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.


Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması və 4 kəndin danışıqlar yolu ilə azad olunması Azərbaycanın haqlı tələbləri idi və hər ikisi yerinə yetirildi: “Bu, Azərbaycanın ərazidə söz sahibi statusunun daha bir təsdiqidir. İkincisi, bu məsələlərin dinc yolla tənzimlənməsi onu göstərir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin bağlanması üçün hər hansı 3- cü tərəfə ehtiyac yoxdur. Nə Qərb, nə Rusiya ikitərəfli danışıqlara müdaxilə etməsə bölgəyə sülhün gəlməsi daha tez baş tuta bilər”.


Deputat bildirib ki, sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması kimi sonrakı proseslər də Azərbaycan və Ermənistan arasında birbaşa dialoq yolu ilə aparılsa tezliklə Cənubi Qafqaz barış və qarşılıqlı əməkdaşlıq bölgəsinə çevrilə bilər: “Hadisələrin bugünkü gedişi onu göstərir ki, Azərbaycan bölgədə öz maraqlarını güdən və bu məqsədlə də sülh yaranmasına mane olmağa çalışan bütün kənar qüvvələrin təsirini neytrallaşdıra bilib və bütövlükdə bölgənin gələcəyi ilə bağlı öz siyasətini və planlarını sonadək həyata keçirmək əzmindədir”.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor