» İctimai Birlik "Səssizliyin Səsi Olaq!!!" adlı sosial çarx hazırladı

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / HADİSƏ

İctimai Birlik "Səssizliyin Səsi Olaq!!!" adlı sosial çarx hazırladı

1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur.                                    


Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı , “ Hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin  daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Bu tarix Azərbaycanda da qeyd olunur. 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlilliyi olan şəxslərin ehtiyaclarını başa düşməyə, hüquq və rifahına dəstəyi irəli çəkmək, onlar haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədi daşıyır. Elə bu məqsədlə təşkilatımızın fəaliyyət istiqamətinə uyğun olaraq  sosial çarx hazırlanıb. Sosial çarxın əsas məqsədi cəmiyyətin diqqətini eşitmə məhdudiyyəti olan şəxslərə yönəltməkdir. Eşitmə məhdudiyyətli şəxslərə cəmiyyətdə hər yerdə rast gəlmək olar. Çünki onlar da cəmiyyətin bir parçasıdır. Onları fərqləndirən səssiz olmaları və yaxud da ağır eşitmələridir ki, bu da onların cəmiyyətdən təcrid olunmasına əngəl deyil. Eşidən insanlar düşünsələr ki, qarşısında olan eşitmə məhdudiyyətli şəxs ola bilər, bu səbəbdən hər sahədə onlara anlayış və diqqətli olmaları, onların daha çox cəmiyyətə inteqrasiyasına dəstək olar. Onu da qeyd edim ki, eşitmə məhdudiyyətli uşaqlarımızın istedadlarını üzə çıxarılmasında, səhnə quruluşunda hər zaman təşkilatımıza dəstək, bizimlə birlikdə olan Müasir Rəqs Akademiyasının rəhbəri xaroqraf Günay Muradi bu sosial çarxın yaranmasının ideya müəllifidir. Bu sosial çarxın çəkilməsində bizə təmənnasız xidmət göstərən zone.studio.Baku nun rəhbəri Ayxan Kərimli və komandasına isə xüsusi təşəkkür edirəm.  Hər zaman , hər yerdə İctimai Birliyimizin  bir şüarı və bir missiyası var “Səssizliyin səsi olaq!!!”. “

https://youtu.be/TN5Xqq6k9vM?si=khLa8KX0YhH5oKl0
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor