» Azərbaycan və Türkiyənin möhkəmlənən qətiyyəti

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Azərbaycan və Türkiyənin möhkəmlənən qətiyyəti


Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”
 Hazırda Azərbaycan-Türkiyə birliyi bütün dünyada dostluğun və qardaşlığın simvoludur. İki dövlətin müttəfiqliyi bütün sahələrdə nəinki ildən-ilə, gündən- günə daha da möhkəmlənir. Cənab İlham Əliyev yenidən böyük səs çoxluğu ilə 7 fevral seçkilərində Azərbaycan Pespublikasının Prezidenti seçildikdən sonra Türkiyə ilə əməkdaşlığa daha da yüksək səviyyədə önəm verdi. Onu da xatırladaq ki, Prezident İlham Əliyevi seçkilərdə inmalı qələbə qazanması münasibətilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik etmişdir. Prezident İlham Əliyev də dostluq və qardaşlıq nümunəsi olaraq andiçmədən sonra ilk olaraq fevralın 18-də Türkiyə Respublikasına rəsmi səfər etmişdir. Fevralın 19-da isə dövlətimizin başçısı Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri və Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etmişdir. Daha sonra Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Ardınca Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək və geniş tərkibdə görüşləri olmuşdur. Görüşdə Şuşa Bəyannaməsinin ölkələrimiz arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə qaldırdığı xüsusilə qeyd olunmuşdur. İkitərəfli ticarət dövriyyəsinin 7,5 milyard dollara çatdığı, müdafiə sənayesi, hərbi, energetika, təhsil və digər sahələrdə əməkdaşlığın, Orta Dəhliz məsələsində Azərbaycan ilə Türkiyənin işbirliyinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin daha da artırılmasının, həmçinin Naxçıvanda birgə layihələr və sonuncu səfər zamanı imzalanmış sənədlərin, o cümlədən Naxçıvanın qaz təchizatı istiqamətində layihələrin, Qars-Naxçıvan dəmir yolunun tikilməsinin mühüm əhəmiyyəti vurğulanmışdır. Fevralın 19-da Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimindən sonra Ankarada Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib. “Azərbaycan və Türkiyə xalqları əcdadların bütün ənənələrinə sadiqdirlər”, - deyə dövlətimizin başçısı əlavə edib. Azərbaycan-Türkiyə münasibətləri tarixi mərhələyə gəlib çıxıb. Bunda, əlbəttə ki, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı inamı, liderlik xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki dövlət rəhbərinin regionun və dünyanın gələcəyinə ümumi baxışları var. Bu baxımdan onların qardaşlıq etibarı tarixin sınaqlarından çıxıb.  Prezident bildirib ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır: “2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi. Savaşın ilk saatlarından Türkiyənin dəstəyi və qəti açıqlamaları bir çoxları üçün ciddi mesaj idi və bir çoxlarını bu işə müdaxilə etməkdən kənarda saxladı”. Vətən müharibəsi günlərində iki qardaş ölkə arasında hər kəs bir yumruq oldu. və Dövlət rəhbərindən tutmuş sıravi vətəndaşa kimi hamının ruhu da, sözü də birlikdə idi. Bu birlik Azərbaycan və Türkiyənin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ötən ilin fevralında Prezident İlham Əliyevin  diqqət və qayğısı ilə Azərbaycan dövlətinin və xalqının Türkiyədə baş verən zəlzələdə göstərdiyi qardaş dəstəyini bu gün də türk xaqlı qürurla yada salır. Yeri gəlmişkən, Prezident Rəcəb Tayyib Ərdoğan da bəyanatında Prezindet İlham Əliyevin şəxsində bütün Azərbaycan xalqına bu zəlzələ zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür edib: “Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir. Keçən həftə Kahramanmaraşa etdiyimiz səfərdə “Azərbaycan bulvarı”nda həyata keçirilən işlər barədə məlumat aldıq”.
Cənab prezident bəyanatında əməkdaşlığımızın önəmli istiqamətlərindən birinin də hərbi sahədə işbirliyinin olduğunu vurğulayıb: “Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin Ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq”.
Vətən müharibəsindən sonra Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq baxımıdan da yeni perspektivlər açılıb. Bu baxımdan son olaraq silahlanmaya yeni qəbul edilən Türkiyənin  “Akıncı” hücum PUA-ları xüsusi qeyd edilməlidir. Onu da deyək ki, fevralın 9-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış olub. Yeri gəlmişkən, PUA Akademiyasının yaradılması da yeni kadrların hazırlanması baxımdan önəmlidir. Burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub. Bu kimi avadanlıqlar Azərbaycanın müdafiə qabiliyyətini və hərbi qüdrətini daha da gücləndirəcək. Ayrıca cənab Prezidentin səfəri çərçivəsində imzalanan sənədlər Azərbaycan və Türkiyənin aidiyyəti sahələr üzrə hədəflərinə çatmaqlarına əhəmiyyətli töhfə verəcək.

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor