» Azərbaycanın qlobal həmrəyliyə töhfəsi

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ

Azərbaycanın qlobal həmrəyliyə töhfəsi


Prezident İlham Əliyev: “...hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”
 Azərbaycan artıq XI dəfə Qlobal Bakı Forumuna ev sahibliyi etdi. Dünyanın parçalandığı, ciddi qlobal çağırışların olduğu bir zamanda belə bir tədbirin Azərbaycanda təşkil edilməsi mühüm əhəmiyyət kəsb edir. Martın 14-16-da Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyanın bərpası” adı altında müxtəlif ölkələrdən gələn qonaqları görüşdürdü. Prezident İlham Əliyev forumun açılış mərasimində iştirakçıların sayının rekord həddə olduğunu deyib: “XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”. Qlobal Bakı Forumu 11 ildə xüsusi təcrübəyə malikdir. Burada fərqli fikirlərə sahib olan tanınmış insanlar bir araya gəlir. Qeyd etdiyimiz kimi, Forumun məqsədi qlobal təhdidləri azaltmaq və vədləri həyata keçirməkdir. Dövlətimizin başçısı çıxışında forumum qlobal əhəmiyyətini belə dəyərləndirib: “Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir”. Artıq yeni dünya düzəni yaranıb. Dünya dayanıqlı inkişaf yolunda uğursuzluğa düçar olub. Baş verən münaqişələr dünyanın sabitliyini pozur. Böyük güclər isə formalaşmış düzənin quruluşunu parçalamağa çalışır. Bu məsələyə də cənab Prezident toxunaraq bildirib k, dünya sürətlə dəyişir: “Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var”.
Azərbaycan mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsinə qarşdır. Lakin buna baxmayaraq münaqişələr bütün qitələrdə baş verməkdədir. Cənab Pezidentin qeyd etdiyi kimi, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. “Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır”,- deyə dövlətimizin başçısı əlavə edib.
Qlobal çağırışlara cavab tədbirlərinin görülməsi zamının tələbidir. Bu gün yeni texnologiyaların dağıdıcı və məhvedici tərəflərinə diqqət yetirmək lazımdır. Dünya  elm, texnologiya və innovasiya sahələrində yeni inqilabın astanasındadır. Süni zəka bu prosesin pik həddidir. Bütün sahələrdə süni zəka innovasiya tempini sürətləndirməkdədir. Bu da mürəkkəb problemlərin həllinə böyük köməkdir.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılıb. Yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınıb. Həmçini qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə də toxunulub. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulub. Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb.
Forumun sessiyalarında məhsuldar debatlar keçirlib. İrəli sürülən fikirlər reallıqda və tətbiq edildiyi zaman öz bəhrəsini verəcəyinə ümid edirik. Dünyanı parçalayanlar, bu fikirləri önə çıxaranlar da insanlardır. Bunun da qarşısını elə insan fəaliyyəti nəticəsində almaq olar. XI Qlobal Bakı Forumu parçalanmış dünyanın birləşməsi, qlobal həmrəylik üçün real müzakirə platfomasıdır. Müzakirələrdə ümumbəşəri dəyərlərə sadiq olmaq önəmlidir. Aparılan müzakirələrin nəticələri təhlillərə geniş imkan yaradır. Forumda irəli sürülən təkliflər COP29 zamanı aparılacaq müzakirələrin zənginləşməsinə töhfə verəcək. 


Paşazadə  Kamal Çingiz oğlu 
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor