» Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolu

ƏSAS / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolu


Prezident İlham Əliyev: “Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir”
 Xalqımız 7 fevral seçkilərində bir daha öz sözünü dedi. İlk dəfə Azərbaycan xalqı, qələbə sevincini səsvermədə ifadə etdi. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev seçkilərdə inamlı qələbə qazandı. Bu, Azərbaycanın parlaq gələcəyi deməkdir. Bundan sonra yeni inkiaf perspektivlərinin müəyyyənləşdirilməsi vacib amildir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində önəmli fikirlər səsləndirib. Əlbəttə ki, dövlətimizin başçısının bu fikirləri Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, regional və qlobal baxımdan da xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə də Prezident İlham Əliyev dərin biliyə malik siyasi xadim kimi həm xalqımız arasında, həm də  beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanıb. Buna görə də iyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə seçiləndə xalqı əmin etmişdir ki, qarşıda duran bütün vəzifələri icra edəcəkdir. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. 7 fevral prezident seçkilərinin nəticəsinin millətimizə, dövlətimizə, Vətənimizə xeyirli olması hər bir soydaşmızın  arzusu idi. Bu seçkilərdən həm ölkə daxilində, həm də beynəlxalq aləmdə kifayət qədər maraq doğuracağına dair gözləntilər var idi. Seçkilərdə müşahidə etmək istəyən bütün beynəlxalq təşkilatların iştirakı təmin edildi. Bu da bizim necə demokratik və tolerant bir ölkə olduğumuzu bir daha dünyaya nümayiş etdirdi. Cənab Prezidentin çıxışında bildirdiyi kimi bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir: “Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü”. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalı idi. Bu baxımdan 7 fevral seçkiləri Azərbaycan tarixində unudulmaz, yadda qalan seçkilər kimi düşəcək. Çünki prezident seçkiləri bütöv Azərbaycanın ərazində keçirildi. Xaricdəki soydaşlarımız mənəvi olaraq Vətənimizə bağlıdırlar. Bu üzdən Azərbaycanda baş verən ictimai-siyasi prosesləri izləyirlər. Çox müsbət haldır ki, seçki ilə bağlı xaricdəki azərbaycanlılar da uyğun şəkildə öz qatqılarını verməyə çalışdılar. Diasporumuz seçki ilə bağlı istər fərdi görüşlərində, istərsə də təşkilatlarının saytı vasitəsilə çağırış xarakterli çıxışlar edirdilər. Xaricdəki soydaşlarımız da qalib ölkənin vətəndaşı kimi səsvermə hüquqlarından böyük qürur hissi ilə istifadə etdilər. Dövlətimizin başçsının önəmli amil olaraq “seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz”,- deyə fikir bildirməsi bu baxımdan yerinə düşür. Cənab Prezident qeyd edib ki, bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atılacaq: “Azərbaycan xalqının həmrəyliyi əsas uğurlarımızdan biridir. İkinci Qarabağ müharibəsindəki parlaq Qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycanda yaşayan bütün etnik qruplar, bütün xalqlar Azərbaycan Bayrağı altında birləşib. Bu Qələbədə, bu tarixi Zəfərdə ölkəmizdə yaşayan hər bir xalqın öz dəyərli töhfəsi var”.
Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir. Həmin günü xalq bayram əhavli-ruhiyyəsində idi. Günün sonunda cənab İlham Əliyevin səs çoxluğu ilə mütləq qələbə əldə etməsini bütün ictimaiyyət elə bayram kimi qeyd etdi. Küçələrdə yürüşlər oldu.    
 İstər seçkilərdən öncə, istərsə də sonra dünyanın müxtəlif nüfuzlu KİV-lərində saysız məqalələr çap olundu. Eləcə də diaspor təşkilatlarının saytlarında yazılar dərc olundu. Dünyanın aparıcı KİV-lərinin seçkiləri obyektiv işıqlandırması, şəffaf və demokratik səsvermə prosesi barədə oxucularını və izləyicilərini məlumatlandırması çox müsbət haldır. Bu yazılarda Azərbaycanda növbədənkənar prezident seçkilərinin ölkəmizin siyasi tarixində mühüm mərhələ olduğu qeyd edilirdi.Əlbəttə ki, bu seçkilərdən sonra Qalib Liderlə Azərbaycan daha da irəliləyərək daxili və beynəlxalq çağırışları həll edəcək. Eyni zamanda, son uğurlardan yararlanaraq Azərbaycanın gələcək üçün müəyyənləşdirdiyi inkişaf yolu ilə addamılaycaq. Bu inkişaf yolunun xəritəsini cənab Prezident andiçmə mərasimində ətraflı şəkildə qeyd edib. Əlbəttə ki, bütün bunların həyata keçirilməsində dövlətin aidiyyəti qurumlarının və xalqın üzərinə də məsluyyət düşür.
 
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor