» Lələtəpə fatehi

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Lələtəpə fatehi













Babək Rayon Cəhri qəsəbə Musiqi Məktəbində şəhid mayor Rasim Məmmədovun anım günü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyev və suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək bildirib ki, Naxçıvan torpağının igid oğlu Rasim Məmmədov Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyinin azad olunması əməliyyatında igidlik göstərərək şəhadətə yüksəlib. Xidməti dövründə mayor Rasim Məmmədov bir sıra fəxri fərman və medallarla, ölümündən sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”medalı ilə və ölümündən sonra “Qüsursuz xidmətinə görə” 2-ci dərəcəli medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva qeyd edib ki, mayor Rasim Məmmədov birinci Qarabağ müharibəsində sağlamlığını itirən atasının yolunu davam etdirərək qələbə qazanan oğullardandır.
Şəhidin anası Bəsti xanım övladı ilə bağlı xatirələrini bölüşüb. Şəhidin həyat yoldaşı Samirə xanım qeyd edib ki, Rasimin övladlarını ona layiq şəkildə böyüdür. Həyat yoldaşının xatirəsini hər zaman yaşatmağa səy göstərir. Vurğulayıb ki, Rasim Məmmədovun adına uşaq bağçası açıb. Həmin məktəbəqədər təhsil müəssisəsində qəhrəman şəhidlərimizə layiq vətənpərvər uşaqlar böyüyür. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fəxrəddin Səfərov Aprel döyüşlərində şəhid olan Rasim Məmmədovun üçrəngli bayrağımıza sarılıb Naxçıvana gətirildiyi gün qəhrəmanlığına layiq şəkildə qarşılandığından, onun xatirəsinin bu gün də yaşadıldığından bəhs edib.
Şəhidin qardaşı Şahin Məmmədov birinci Qarabağ müharibəsində Sədərəkdə sağlamlığını itirən bir atanın, Vətən torpağının azadlığı uğrunda canından keçən oğulun qardaşı olduğu üçün fəxr etdiyini bildirib, qardaşının döyüş yolundan bəhs edib.
Şəhidin ömür yoluna həsr olunmuş video çarxa baxılıb.  
Sonda vətəpərvərlik mövzusunda mahnılar, şeirlər ifa olunub, ədəbi-bədii kompozisiya göstərilib. 
Tədbirdən sonra Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbdə şəhidin adına verilmiş sinfin açılışı olub. Sonra qəhrəman şəhidin məzarı ziyarət edilib.


Fuad Mirzəyev
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor