» Professor Əziz Səncər: Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ / SİYASİ / İQTİSADİ / ANALİTİK / MÜSAHİBƏ / HADİSƏ / HƏRBİ

Professor Əziz Səncər: Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur


Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi. İkinci səfərimdə Qarabağ işğaldan azad olunsa da, Xankəndi düşmənin əlində idi və bunun narahatlığı var idi.

Onder.tv xəbər verir ki, bunu Kimya üzrə Nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin professoru Əziz Səncər iyunun 4-də keçirilən mətbuat konfransında söyləyib.
“Bu səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar, indi torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”. 
Professor Əziz Səncər, həmçinin Naxçıvana səfərindən söz açıb: “Naxçıvana getmək mənim üçün çox vacib idi. Hər zaman oraya getməyi istəmişəm. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha gözəldir, oranı çox sevdim. Böyük diqqət gördüm”.


















Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor